Sel kimi yağışa düşmək istəyirəm,
Elə yağış ki məni alsın aparsın...
İslanmaq istəyirəm....
Çətirimi külək oğurlasın...
Qalım yağışla təkbətək...
O döyüntü mənsə ürək...
Dərdimizi açaq tökək...
Ağlayaq, ağlayaq, gülək...
Bu axşam yağışla qalım...
O mənim, o mənim yarım...
Buludlara yalvarım...
Ki, kəsməsin yağışı...
Yerlərə salsın naxışı...
Saçlarımı tumarlasın...
Məni özüylə saxlasın...
Bu yağış məni alsın...
Harasa uzağa aparsın...
Əllərindən buraxmasın...
İstəmirəm doğsun günəş...
Qəlbimə salmasın atəş...
Ey günəş, düş sən təxirə
Bu gün heç gözə görünmə..
Ayırma məni yağışdan...
İşimdəki bu təlaşdan..
Huzur tapmaq istəyirəm...
Yağış olmaq istəyirəm...
Səhərədək bulud altda....
Sel-su olmaq istəyirəm...
Atıb bütün təzadları..
Özüm olmaq isəyirəm...
Mən mən olmaq istəyirəm..
Yağış olmaq istəyirəm.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Sevgi şerləri