___Bu PAYIZ MeNim Ki DeyiL___
Durna qatarı da bu yurddan keçdi,
Bu eşqin sonunu gözləmə gecdir,
Bahar əl eyləyib, yay ötdü keçdi,
Gözəlim bu Payız Mənim ki, deyil.
O qız öz eşqini andı unutdu,
Indi mənə qalan quru umuddu,
Mənim Payızımın gözü buluddu,
Gözəlim bu payız mənimki deyil.
Üstümə qəm, kədər ələdi Bulud,
Məni göz yaşıma bələdi Payız,
Ağlını itirib dəlidir PAYIZ,
Gözəlim bu payız mənimki deyil.
Ömür bir dənizdir, bəxt üzən qayıq,
Olubdur dərdindən qəlb oyuq-oyuq,
Küləyi şıltaqdır, Yağışı soyuq
Gözəlim bu payız mənimki deyil.
Arxamca baxmayır odlu baxışlar
Ayaq izlərimi yuyur yağışlar,
Saralmış yarpaqlar deyir:
-"BAĞIŞLA".
Gözəlim bu Payız Mənimki deyil..!
Müəllif: ZaRiNa
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Sevgi şerləri
loading...