Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

♥♥Sevgiler♥♥

Sevgi vardır ki, dodaqlarda açar
güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar
kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar
kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq
görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim
sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə
dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin
qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu
yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi
var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi
var.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi şerləri
loading...