Biz görüşəcəyik bir gün səninlə
Saçıma qış gəlib qarlar yağanda
Biz görüşəcəyik bir gün səninlə
Ömrün payz fəsli xəzan çağında
Dağ dağa rast gəlməz belə deyiblər
Biz ki dağ olmadıq həsrət qəmiylə
Ötsə də keçsə də ömürdə günlər
Biz görüşəcəyik bir gün səninlə
Biz görüşəcəyik bir gün səninlə
Həsrətin bir anlıq ölüm günündə
Məhəbbət çağlayıb selə dönəcək
Sənsizlik ağlayar çöküb önündə
Nə sənin qəlbində bir arzu istək
Nə mənim qəlbimdə ümüd doğacaq
Biz görüşəcəyik bir gün səninlə
Səmalar kövrəlib yağış yağacaq
Köksümə dolacaq həsrətli sözlər
İnanma alışsın közərən közlər
Biz görüşəcəyik bir gün səninlə
Gözündə qərq olar bu qəmli gözlər
Biz görüşəcəyik bir gün səninlə
O anı gözləyən gün kövrələcək
Müjdə söyləyəcək sevən qəlbimə
O isə lal olub heç dinməyəcək
Taleyin ayrılan yolları bizi
Bir anlıq görüşlə sevindirəcək
Biz görüşəcəyik bir gün səninlə
Ağlayan qəlbimin gözü güləcək
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri