Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neyleceksen.?

Səni öz əlimlə uçurdum, gülüm,
Bəlkə də, bir daha dönməyəcəksən!
Özün uzaqlara getsən də, düşün,
Ürəyin məndədir, neyləyəcəksən? Bir gün kimsə məni sorarsa səndən,
Arayıb taparsan öz ürəyindən.
İstərəm: “Ömrümə qayıt!”- deyim mən,
Amma gecikmişəm, gəlməyəcəksən. Sən mənə: “Vəfasız oldun!”- desən də,
“Artıq mənim üçün öldün!”- desən də,
“Səni yaddaşımdan sildim!”- desən də,
Bilirəm, qəlbindən silməyəcəksən. Uçan quş kimidir ömürdə hər an.
Mənə lazım deyil nə şöhrət, nə şan.
Buraxsan əlimi, daha heç zaman
Kimləyəm, hardayam bilməyəcəksən. Sənsiz zülmətlərə düşdü gündüzüm,
Sənsiz olmaz oldu söhbətim-sözüm.
Ey mənim ömrümə doğan ulduzum!
Mənimçün heç zaman sönməyəcəksən!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Sevgi şerləri
loading...