Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki Ses...

Sevirsən ...
" Həyatım " deyə sevirsən .
Sevirsən ... sevinir gözündə cahan .
- De görüm sən onu niyə sevirsən ?
- Sev onu , o sənin , sən də onunsan !
Sevmirsən ....
Yuxun da çəkilir göyə ,
Xəyala çevrilir o illər , o qız .
- De niyə sevmişdin , o qızı niyə ?
- Yaxşı ki , o qızla siz ayrıldınız !


Yazırsan ...
Alnında tər gilə - gilə ...
Dost kimi əlindən yapışır ilham !
- Söylə , niyə yazdın , o şeri niyə ?
- Yaxşı ki , o şeri yazdın bu axşam !
Yazmırsan ...
Qəlbində qalır sözlərin ,
Arzu dərin olur , misralar dayaz .
- De niyə axşamın boş keçir sənin ?
- Gündə yazmaq olmaz ... dincəl də bir az .

İki səs ...
Mənalı bir aləm kimi
Keçirsən beləcə dünya üzündən .
Bir səs ittihamçı ,
Bir səs vəkilmi ?
Arada əbədi müqəssir də sən...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi şerləri
loading...