Menden Ayri Ozge Yerde Var Olanim...
Qismət oldu bu ömürdən keçib getdin
Məndən ayrı özgə yerdə var olanım
Sən dünyamı bir zindandan betər etdin
Məndən ayrı özgə yerdə var olanım
Elə sanma axtarmadım qariş qariş
Ya bir dillən ya bir səslə susma daniş
Hər sözümdən ürəyində gizli alış
Məndən ayrı özgə yerdə var olanım
Atəşini söndürməyən köz olmuşam
Nisgillərdə ahu zarlı söz olmuşam
Həsrətində ağlar qalan göz olmuşam
Məndən ayrı özgə yerdə var olanım
Bir bülbüləm qəfəsindən ayrı düşən
Bir diləyəm həvəsindən ayrı düşən
Mən bir canam nəfəsindən ayrı düşən
Məndən ayrı özgə yerdə var olanım
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi şerləri
loading...