Yağış damlalarının düşdüyü kiçik
gölməçələrdəki dalğalarda sənin
siman
dalğalanır….
Yağış damcılarının qulağımda
səsləndirdiyi
musiqi səni canlandırır…
Yağışdan sonra gələn torpaq
qoxusu səni
xatırladır mənə…
Yağışı sevirəm səni mənə
xatırlatdığı üçün…
Yağışa nifrət edirəm səni
unutmağa
qoymadığı üçün…
Bəs sən məni xatırlamırsan?Bəs
nə tez
unutdun o ilk həyəcanları?? Mən
səni
görəndə həyəcanlanırdım,adını
eşidəndə
həyəcanlanırdım..adını öz-özümə
tələffüz
edə bilmirdim,qorxurdum.Adını
bir vərəqə
tez-tez yazıb pozurdum…Adının
yazılışına
belə baxa bilmirdim…Səni
sevməkdən
qorxurdum,ama səni sevirdim
axı…Adımı
sənin səsində eşitmək məni
həyəcanlandırırdı..Səsin bütün
günü
qulağımda səslənirdi…
İndi isə səni yadıma sala
bilmirəm.
Bəs sən məni xatırlamırsan? Axı
aradan
kecen bu zaman erzində nə
qədər yağış
yağıb,ay insafsız??Bəs deyirdin
“yağış bizim
üçün yağır”..Bizi xatırlamırsan?
Niyə demədin axı?Niyə etiraf
etmədin,mənə
də etraf etməyə cesarət
vermədin,axı hamı
bilirdi bizim bir birimizə,öz
ozümüzə etiraf
etməyə qorxduğumuz
hissləri..Hamı bilirdi..
Hamı səndən ehtiyat edirdi,məni
müdafiə
edirdin,danlayırdın,əsəbləşirdin,amma
demirdin. emədin də…
Elə səssiz-səmirsiz çıxıb getdin…
məni
yağışlarla baş başa qoyub
getdin…
Həmişə pəncərənin arxasında
oturub yağışa
baxanda fikirləşirdim ki,nə
vaxtsa ikimiz eyni
pəncərənin arxasında oturub
yağışa
baxacağıq…Amma mən yenə də
həmin
pəncərənin arxasında tək oturub
yağışa
baxıram..Sən hardasan?Hansı
pəncərənin
arxasındasan?
kiminləsən?.Bilmirəm...Yağışa
baxanda mən yadına
gəlirəmmi?.Bilmirəm…
Zalımsan…Məni kiçik bir səhvə
görə belə ağır
cəzalandırdın..Heç bir söz də
soruşmadan
getdin…Məni bu
fikirlərlə,dü.üncələrlərlə və
ömrümün axırına qədər yağan
yağışlarla
baş-başa qoyub getdin…
Yağışı sənə görə sevirdim...
Sənə görə də nifrət edirəm…
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Sevgi şerləri