Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nələrə Dəyişdin Məhəbbətimi?

Gedirsən...içində qəribə duyğu
Nədir bu hərarət, nədir bu tər-su?
Etdiyin günahın cəzasımı bu?
Gələcək günlərin xəcalətimi?
Nələrə dəyişdin məhəbbətimi?

Bir anın içində bahar oldu qış
Bu nədir-gözündə biganə baxış?
Səndə məhəbbətdən əsər qalmamış
Vədəsiz qərarın söylə qətimi?
Nələrə dəyişdin məhəbbətimi?

Yoxmudur bu eşqin dönüşü yəni?
Cavabsız suallar sarsıdır məni
Rahat qoymayacaq bir sual səni...
Sevgimi, eşqimi, səadətimi,
...nələrə dəyişdin məhəbbətimi?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri
loading...