Gün gəldi mən sənə yaxınlaşmağa çalışdıqca sən tozlu rəflərdəki günahlarını mənə buraxıb getdin.
Hər gedişində üstümə bütün qar dənəciklərini yağdırdın. Biz səninlə iki yaxası qovuşa bilməyəcək bir dağ olduq sevgilim... Sən gizlənmiş bəzəkli bağçalarda gəzərkən mən tikanların içində səni axtarırdım. Günahlarınla ağrılarınla səni axtarırdım.
Ürəyimin küncünə yazdığım naxış-naxış ruhuma işlədiyim sevdanı axtardım sevgilim.. Sənsə gecənin o ayazında getməyi tərcih etdin məni tək buraxaraq bu həyatın üstünə düşən ağrılarınla günahlarınla məni buraxdın. İndi mərhum sevgilim, sən getdin gedişinə şeirlər mahnılar yazdım ürəyimə...
Hər şey yarım qaldı
Getdin sən!sevigilim gedişinlə həyatımın bir cəhənnəmə çevriləcəyini düşünmədinmi. Vuslatsız gecələrimdə titrəyən bədənimi kim qucaqlayacaq indi. İlik- ilik işləmişdim səni ürəyimin ən gizli küncünə.İndi mərhum yoxluğun mənə verdiyin ən böyük cəza sevgilim...
Getdin sən sevgilim! mən səninləykən həyat daha gözəl idi günəş daha gözəl istilədirdi bədənimin titrəyən yerini. İndi olmayacaqsan da sevgilim!ağladığımı görsən əgər çəkin! kədərlənmə ay düşmüş bədənimə yarım qalmış sevdayla düz yollarda gedib dayandım hər keçdiyim yerdə adını xatırlamamaq üçün bütün yaşadıqlarımızın önünə bir pərdə çəkdim sevgilim...
Hər şey yarım qaldı
Mərhum, indi hər bitən sevdanın bir cəzası vardı mən cəzamı tozlu rəflərdə mənə buraxdığın günahlarınla çəkirəm ürəyimin ən həssas yerində verdiyin sancılarla ürəyimi sızladan xatirələrlə çəkirəm cəzamı...
Getdin! gələrsən deyə mən hələ eyni yerdə, eyni küçədə səni gözləyirəm gəlməyəcəyini bilə-bilə səni gözləyirəm sevgilim.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Sevgi şerləri