Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sensiz..

Sən getdin,elə bil dünya boşaldı
Yazda köçüb getdi,yeri boş qaldı
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurulmuşam,qışı
neynirəm.
Eşqimi aparıb sən getdin demək
Eşqsiz bir dünya nəyimə gərək.
Soyuq daşa döndü,o gündın ürək
Sinəmdən asılan daşı neynirəm.
Həmişə ayrıyıq,gecə-gü ndüzük
Birimiz təpəyik,birimiz düzük.
Üstünün qaşıyla tanınar üzük
Əgər üzük yoxsa,qaşı neynirəm.
Niyə yaşayıram,mən niyə sənsiz,
Nə yerə baxıram,nə göyə sənsiz.
Mən ki,kor olmuşam hər şeyə
sənsiz,
Kor gözün üstündə qaşı
neynirəm?!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi şerləri
loading...