Əzabla iç içə yaşayıram mən
Dərdlərlə doldum da daşıyıram mən
Halıma baxdıqca çaşıram mən
Haradan hara gəldim bir anda
Ucsuz-bucaqsız bir dənizə budaqdım
Boşa çalışdım çırpınıb qaldım
Tükəndi macalım özümü saldım
Haradan hara gəldim bir anda
Yaşamağa artıq bir həvəsim yox
Alsam verməyə heç nəfəsim yox
Eşidilesi olsa belə çıxan səsim yox
Haradan hara gəldim bir anda
Vəfasızmıydım sən mənmi yanıldım
Bilməm qandım ya da mən aldadıldım
Vurdun tam isabət etdi yıxıldım
Haradan hara gəldim bir anda
Dostlarım mənə bir məzar qazsınlar
Mərmərdən ağ bir səhifə açsınlar
Eşqinin qurbanı oldu yazsınlar
Haradan hara gəldim bir anda
Gəlmək istəsə yar buraxın gəlsin
Bir ovuc torpağı üstümə dəysin
Solan gülüm təkrar filizlər versin
Haradan hara gəldim bir anda
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi şerləri