Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kagiz Gemiler...

Həyat qəribədi, mən lap qəribəyəm

Həyat dərs, mən dərsdən qaçan tələbəyəm

Sən müəllimsən, mənə öyətdin yalanı

Bu tilsim, bu hisslər saxladı zamanı

Bakı oldu oyuncaq şəhər, biz uşaq

Həyat karusel, əyləncə, tamaşa

Sən mənə öyətdin səbəbsiz gülməyi

Mən sənə öyətdim dəli kimi sevməyi

Həyat qəribə idi, biz lap qəribə idik

Həyat dərs, biz dərsdən qaçan tələbə idik

Gündüzlərdən isti idi bizim gecələr

Cümlələr bir sözlük, sözlərimiz hecalar

Mahnılar daha doğma, ruhumuz daha təmiz

Susurdu dodaqlar, danışırdı gözlərimiz

İndiki hisslərimiz ərimiş şam kimi

Tapdaladın məni, qucaqladım izlərini...



Kağız gəmilər, necə tab gətirsin bu qədər böyük dalğalara

Batanda kağız gəmilər, uşaqlar başlayır onlara baxıb ağlamağa

Sən də ağladın, son məktubunda yazanda "sevmirsən məni"

Mənim də qəlbiiim sənin dəniz gözlərində kağızdan bir gəmi...



Həyat qəribə idi, biz lap qəribə idik

Biz uşağ idik, sadəlövh körpə idik

Həyat aldadır, biz necə inanırdıq

Axı deyirdi dostlar, esl sevgi nağıldı

Biz arzu sahilində qumdan saraylar tikirdik

Bütün dünyanın acığına ürəkdən sevirdik

Təyyarələr ayırırdı, yollar ayırırdı

Uçurumlar arasında ipək körpülər çəkirdik

Biz inanırdıq və bu inam bizi aparırdı

Güc verirdi ümidlər və sevgimiz dayanırdı

Pul, valideynlər, sərhədlər, qadağalar

Biz uçurduq göylərdə, onlar aşağıda qalırdı

Yadına gəlir? düzəltmişdik kağızdan gəmi

İçində yazıb " sevirəm mən, sevirəm səni"

Buraxdıq dənizə ki, o üzsün əbədi

Amma gələn ilk dalğa batırdı gəmini...



Kağız gəmilər, necə tab gətirsin bu qədər böyük dalğalara

Batanda kağız gəmilər, uşaqlar başlayır onlara baxıb ağlamağa

Sən də ağladın, son məktubunda yazanda “sevmirsən məni”

Mənim də qəlbiiim sənin dəniz gözlərində kağızdan bir gəmi...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Sevgi şerləri
loading...