Yavaş-yavaş sevdim seni,
Her gün bir az da sevdim.
En çox bu qış sevdim seni,
Qarda, ayazda sevdim.
Gör bir ne tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Qar altından baş qaldıran
Çiçektek sevdim seni.
İstisine qızındığım
Ocaqtek sevdim seni.
Hele bu cür sevmemişdim
Ömrüm boyu heç kimi.
Seni sevdim qar üstünde
Yem axtaran quş kimi.
Qorxa-qorxa bu sübh çağı
Ne baxırsan göye sen?
Deyirsen ki, güneş çıxıb,
Qar eriyir deyesen…
Ne var Allahdan yuxarı?
Ne var qebirden aşağı?
Çekdiyim ahdan yuxarı?
Bildiyim sirden aşağı?
Niye günün gündüzünde
Quşlar azır göy üzünde?
Göz yaşları quş gözünden
Tökülür den-den aşağı.
Deme, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sen yuxarı, men aşağı
Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 307 Bölmə: Ramiz Rövşən