Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiprik Gözə Yiyə Durmaz

Kiprik gözə yiyə durmaz,

Ağız sözə yiyə durmaz,

Dunya bizə yiyə durmaz,

…Dünyanın da yiyəsi yox.



Dərdimiz-sərimiz birdi,

Hər dərdin canı səbirdi,

Hər ömrün sonu qəbirdi,

Daha bunun niyəsi yox.



Bu ömrü bizə kim biçdi,

Fələyin felinə düşdük,

Bir dərzi əlinə düşdük,

Qayçısı var, iynəsi yox


Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Ramiz Rövşən
loading...