Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan-saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən köhnə məktublar düşər.
Əyilərsən,götürörsən gizlicə,
Boylanarsan arvad uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
Gizli gilzi oxuyarsan hər sözü.
Bu sevgi məktubudu İlahi,
Indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı,lahi?
Yaddan çıxib sifəti də,üzü də.
Oxuduqca lal sətirlər səslənər,
Yavaş yavaş səsi düşər yadına
Bir hərfdən -qaşı düşər yadına
Bir hərfdən -gözü düşər yadına.
O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda.
Pəncərədə kölgəsini görərsən.
Diksinərsən,boylanarsan qapıya
“o gölgəni arvad-uşaq gördümü?!”
Tez məktubu atarsan külqabıya,
Yandırarsan hər sözünü, sətrini.
Sözlər yanar –kağızı da yandırar,
Sözlər yanar –o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca- basar səni soyuq tərş
Sıra sıra qarışqalartək qaçıb gedər qara qara hərflər.
Təkcə o qız qaça bilməz bu oddan,
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində
Göyə qalxar o alovun dilleri
Alovun dillerine sarmaşıb
Yanar yanar uzun uzun telləri
Yanar bu vaxt saçlarını oxşyan
Uzun uzun barmaqları, əlləri.
O qız yanar ərşə çıxar tüstüsü,
Kağız yanar külqabıda küllənər.
Qəfil birdən külqabının içindən
Yere düşüb bir üzük diyirlənər.
Lap özünü itirərsən-baxarsan
O üzüyü götürərsən baxarsan
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qiza haçan üzük vermisən?
Ona üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan,
-Əlindəki nədi?-deyer.
- o üzüyü nə yaxşı ki tapmısan,
Neçə vaxtdı itirmişdim gəzirdim.
Sonar gələr səndən alar üzüyü:
-Bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü:
-Ele bil ki,bir balaca daralıb.
Külqabıdan tüstü qalxar hələ də
O məktubun külü hələ də işarar
Maddım maddlm durub baxar arvadın
O tüstüdən bir cüt gözü yaşarar.
Heç olmas pəncərəni aç deyər-
Burda necə oturmusan sən necə?!
Bu nə yanıq qoxusudu,İlahi,
Elə bil ki adam yanıb indicə.....
Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 330 Bölmə: Ramiz Rövşən