Şirin-şirin Yuxudaydıq
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi..
Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Ramiz Rövşən
loading...