Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ münaqişəsi

Müasir Azərbaycan dövləti öz köklərini Qafqaz Albaniyası dövlətindən alır. Hazırda Dağlıq Qarabağ kimi tanınan ərazi vaxtilə həmin dövlətin bir hissəsi olub. Qədim mənbələrə görə, Albaniyanın etnik tərkibi yerli Qafqaz və türk xalqlarına aid 26 qəbilə birləşməsindən ibarət idi. Albaniya zəngin və nadir mədəniyyətə malik idi, onun 52 hərfdən ibarət əlifbası vardı. Eramızın 313-cü ilində xristianlıq Albaniyada dövlət dini elan edildi, müstəqil alban kilsəsi fəaliyyətə başladı. Gərgin və mürəkkəb şərait Albaniyanın müstəqilliyinin uzunmüddətli olmasına imkan vermədi. Eramızın 705-ci ilində Albaniya dövləti Ərəb Xilafətinin tərkibinə qatıldı. Bundan sonra ermənilərlə Bizansa qarşı ittifaq yaradan Xilafət Albaniya ilə Bizans arasında mövcud olan sıx əlaqələri pozmaq məqsədi ilə alban kilsəsini erməni qriqorian kilsəsindən asılı vəziyyətə saldı.

Orta əsrlər dövründə Qarabağ Azərbaycanın indiki ərazisində o zaman mövcud olmuş türk müsəlman sülalələri tərəfindən idarə edilən dövlətin bir hissəsi olmuş və orada türkdilli xalqlar məskunlaşmışdı.

18-ci əsr türk (Azərbaycan) sülaləsi olan Cavanşirlərin başçılıq etdiyi Qarabağ xanlığının yaranması ilə əlamətdardır. Bu, Azərbaycan zadəganlarının irsi sülalə ənənəsinin hökm sürdüyü Azərbaycan Xanlığı idi və burada məskunlaşmış etnik sülalələr arasında azərbaycanlılar üstünlük təşkil edirdi.

Qarabağ xanlığı ilə Rusiya İmperiyası arasında imzalanan Kürəkçay müqaviləsindən (1805) sonra Xanlıq Rusiya İmperiyasının hökmranlığı altına keçməyə məcbur oldu. Bütün Qafqaz bölgəsini işğal etdikdən sonra Rusiya İmperiyası ərazi üzərində öz nəzarətini yaratmaq və gücləndirmək məqsədi ilə müxtəlif vasitələrlə "ayır-buyur" siyasətini həyata keçirməyə başladı. İrandan və Osmanlı İmperiyasından ermənilərin Qarabağa köcürülməsi və bununla da bölgədə demoqrafik vəziyyətin süni yolla dəyişdirilməsi bu sahədə görülən genişmiqyaslı tədbirlərin bir hissəsi idi. Rusiya-İran (1806-1813, 1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələrindən sonra ərazinin etnik tərkibi tamamilə dəyişdirildi. Təkcə 1828-1830-cu illər ərzində İrandan 40.000-dən çox, Osmanlı İmperiyasından isə 84.600 erməni köçürülüb Azərbaycanda məskunlaşdırıldı.

1828-ci ildə Rusiya çarının əmri ilə işğal olunmuş Azərbaycan xanlıqlarının (İrəvan xanlığı və Naxçıvan xanlığı) ərazisində erməni vilayəti yaradıldı. Bu, Osmanlı İmperiyasının arxa qapısında, münaqişə edən iki tərəf arasında dövlət qurumu yaratmaq və türkdilli xalqları bir-birindən ayırmaq məqsədi daşıyırdı. 1836-cı ildə Rusiya çarı tərəfindən alban kilsəsinin ləğv olunması alban əhalisinin qəti şəkildə Qriqorianlaşdırılması (erməniləşdirilməsi) ilə nəticələndi.


Tarix: 08.01.2015 / 14:18 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qarabağ müharibəsi
loading...