Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ müharibəsi Münaqişə

60-cı illərin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycanlı hərəkat qızışdı. 1965-ci il aprelin 23-də "erməni genosidi"nin 50 illiyi, Andronikin isə 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu da bu torpaqlarda yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına yeni, güclü təkan verdi. DQMV-də erməni millətçiliyi açıq surətdə dərin kök salırdı. Vilayətin azərbaycanlılar yaşayan məntəqələrinə kömək etmək məqsədilə 1967-ci ildə ayrılan vəsaitin Bakıda DQMV-nin rayonları üzrə konkret tələblər üzrə bölünüb təsdiq olunması cəhdinə erməni lobbisi ciddi müqavimət göstərdi. Həmin il Stepanakertdə bir neçə azərbaycanlı qətlə yetirildi.

Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayıb. Azərbaycan 20% ərazisi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və Rusiya, Fransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələ də uğursuz şəkildə davam edir. İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır. Müharibə illərində Azərbaycana böyük maddi və mənəvi zərər dəymiş, çoxu günahsız dinc sakin olan 30 min azərbaycanlı ermənilər tərəfindən qətl edilmiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə 600 məktəb, 65 peşə məktəbi və 700 səhiyyə obyekti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.


Tarix: 08.01.2015 / 14:00 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Qarabağ müharibəsi
loading...