Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erməni ekspansiyası

1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçiləndən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başlayır. Artıq 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan (İrəvan) şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Eyni zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni diasporu tərəfindən Miatsumun həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi akademik A.Aqanbekyan "Humanite" qəzetinə 1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını bildirərək, Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış edir. Bu dövr həm də, ermənilərin şovinst-millətçiliyinə xidmət edən "Qarabağ" və "Krunk" təşkilatlarının fəaliyyəti, "ziyalı" pərdəsinə bürünmüş Silva Kaputikyan, Zori Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur.


Tarix: 08.01.2015 / 14:00 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Qarabağ müharibəsi
loading...