Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müharibənin aktiv fazası

Müharibənin ilk günlərindəcə Azərbaycan və Ermənistan qarşılıqlı hücuma keçir. 1992-ci il yanvarın 26-da yeni təşkil olunmuş Azərbaycan ordusu Şuşa yaxınlığında Daşaltı əməliyyatını keçirir və məğlub olur. Fevral ayında ermənilər rus qoşunları ilə bərabər Qarabağda hücuma keçərək bir neçə kəndi tutur, fevralın 26-da isə Xocalını ələ keçirərək dinc əhaliyə qarşı qırğın törədirlər. 9 mayda ermənilər Şuşanı, 18 mayda isə Laçın şəhərini işğal edirlər. 7 iyunda Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçilir, bundan dərhal sonra iyunun 12-də Azərbaycan ordusu cənhədə hücuma keçir. Hücum nəticəsində azərbaycanlılar tezliklə Şaumyan rayonunu, iyulun 4-də isə Ağdərəni ələ keçirirlər. Sentaybr ayının 1-də Azərbaycan ordusu Sırxavənd kəndini işğaldan azad edir, bu zaman artıq Dağlıq Qarabağın ərazisinin yarısı Azərbaycan ordusunun nəzarəti altında idi. Bundan sonra Rusiya ermənilərə etdiyi yardımların həcmini artırmağa başlayır, oktyabrın 24-də isə ABŞ Konqresi Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul edir. Böyük dövlətlərin Ermənistana verdiyi dəstək tezliklə öz bəhrəsini verir.


Tarix: 08.01.2015 / 14:02 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Qarabağ müharibəsi
loading...