Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır.
May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur. May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər.
Tarix: 08.01.2015 / 14:03 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Qarabağ müharibəsi