Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5 vərdişiniz sizi kasıblığa aparar..
5 vərdişiniz sizi kasıblığa aparar..

1. Özünüzə qarşı peşmanlıq və təəssüf hissi keçirmək İnsanlar təəssüflənirlər ki, varlı olmaq onlara qismət deyilmiş. Kimi düşünür qadın doğulub, ona görə ki, kişilərin daha çox şansı olur, kimi dolu bədəninə görə təəssüflənir ki, mükəmməl bədən quruluşunda olsaydı, daha yaxşı iş yer əldə edərdi. Kimi öz boyunu, milliyyətini, dərisinin rəngini, əcdadlarının dinini günahlandırır. Kimi hələ ailə qurmadığına, kimi tez evləndiyinə görə bezir. Cavanlar öz problemlərinin mənbəyini təcrübəsizliklərində, qocalar isə öz yaşlarında görürlər. Necə fikirləşirsiniz, əgər adam hansısa bir o qədər mühüm olmayan faktlara görə elə hey təəssüflənirsə və bütün günü fikrini belə şeylərə yönəldirsə, onda onun ətrafındakılar ona qarşı necə hərəkət edəcək? Təəssüflənmək-aşağı maaşlı iş axtarmağın və dəyərsiz, aciz bir yolda sürünməyin məğzidir.

2. Sevmədiyiniz işlə məşğul olmaq. İstənilən sevmədiyiniz işlə məşğul olmaq sizi uğursuzluğa və kasıblığa aparır. Kasıblığın bu vərdişində qurtarmağın ən sadə yolu sizə daha çox məmnunluq gətirən işləri etməkdir.

3. Müvəffəqiyyəti pulla ölçmək Kasıb adamlar əmindir ki, müəyyən məbləğ pula yiyələnmək ona xoşbəxtlik gətirəcək. Ancaq təcrübə sübut edir ki, müvəfəqiyyətli insan xoşbəxliyi daha mənalı şeylərlə ölçür. Məsələn nə ilə?? Bu sualın cavabını hər kəs özünə görə tapmalıdır.

4. Xərcləyə biləcəyinizdən daha çox israf etmək Kredit kartları və gülərüz bank işçiləri sizə borc quyusuna düşməyə kömək edəcək. Uğurlu olmağı arzulayan insan şəxsi biznesini genişləndirmək üçün götürdüyü faydalı kreditlə gözəl markalı maşın və ya böyük evdən uzaq olmalıdır.

5. Başqaları ilə müqayisə etmək Bir nəfər fikirləşir ki, öz yaşıdlarında pisdir, çünki yeganə işləməyən odur. Bir qız öz rəfiqəsinə nifrət edir, çünki onun pərəstişkarı çoxdur... Bu uğursuzluğun növbəti vərdişidir. Bir düşünün, bu vərdiş sizə lazımdırmı, yoxsa xarici mühit daxili dünyanıza hakim olur??


Tarix: 18.04.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 259 Bölmə: Qadın dünyası
loading...