Qadınlar və sirr saxlamaq?
Aparılan araşdırmalar göstərir ki qadınlar sirr saxlamağı həqiqətən də bacarmırmış.
Araşdırmaçılar, qadınların bir sirri öyrənər-öyrənməz onu kiməsə danışmaq üçün yanıb yaxıldıqlarını, apardıqları anketlə üzə çıxarıblar.
İngiltərədə aparılan araşdırmaya əsasən, qadınlar, dedi-qoduda olduqca iştahalıdırlar. Belə ki, onlar eşitdikləri sirri ən çox 47 saat saxlaya bilərlər.
18 ilə 65 yaş arası 3 min qadın üzərində aparılan araşdırmadan əldə edilən nəticəyə görə, təxminən bir sirrin ömrünün 47 saat 15 dəqiqə olduğu məlum olub. Mövzu nə qədər şəxsi, yaxud ümumi olursa olsun qadınların sirr tutma bacarığının olmadığı üzə çıxıb.
Tarix: 17.04.2015 / 17:54 Müəllif: Aziza Baxılıb: 250 Bölmə: Qadın dünyası
loading...