11 ildir döymə sənətiylə məşğul olan Ercan Aykan, qadınların kişilərə nisbətlə daha çox döymə etdirdiyini bildirdi.
Qadınlar ilə kişilərin döymə seçimlərinin çox fərqli olduğunu dilə gətirən Aykan, "Qadınlar ümumiyyətlə kəpənək, çiçək ya da ad kimi kiçik döymələr etdirirlər. Kişilər isə daha böyük ölçülü döymələri seçirlər. Amma qadınların kişilərə nisbətlə daha çox döymə etdirdiyini deyə bilərik. Döymə etdirənlərin yüzdə 40-ı kişi, yüzdə 60-ı isə qadındır. Ümumiyyətlə 20-40 yaş arasındakı insanlar döymə etdirirlər. Bundan başqa, vəfat edən yaxının portretini döymə etdirən insanlarda olduqca çoxdur.
18 yaşından kiçik olan və döymə etdirmək istəyənlərin valideynləriylə birlikdə gəlmək məcburiyyətində olduğunu deyən Aykan, "Döymə sənəti çox diqqət yetirilməsi lazım olan bir işdir"dedi. Sterilizasiya çox əhəmiyyətlidir. Adamın etdirəcəyi şəkildən tamamilə əmin olması lazımdır. Döymə edildikdən sonra iynələri də onsuzda həmin adama verirəm. "Ümumiyyətlə döymə etdirmənin çox ağrı verdiyi bəzi ön fikirlər var. Bu da əslində çox doğru deyil" dedi.
Tarix: 10.01.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qadın dünyası