Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoloji test 15
Psixoloji test 15

ROMANTİKSİNİZMİ?(xanımlar üçün)

1. Gözəl xəyallar quranda özünü həmin xəyallarda necə görürsən?
A)Model kimi-gözqamaşdırıcı paltarlar,makiyaj....
B)Qədim zamanların şahzadəsi kimi
C)Sadəcə olaraq çox gözəl bir qız kimi

2. Təsəvvür elə ki,gözləmədiyin bir halda 2 həftəlik səyahət qazanırsan.Sən hara getmək istərdin?
A)Bütün ili havanın isti olduğu ölkəyə
B)Hər hansı tarixi zəngin olan bir ölkəyə
C)Gəmidə səyahəti sevirəm

3. Makiyaj eləyəndə ən çox nəyə fikir verirsən?
A)Ən çox göz makiyajına üstünlük verirəm.
B)Ən çox dodağa
C)Kosmetikadan istifadə eləmirəm...

4. Sənin fikrincə ən romantik görüş hansı ola bilər?
A)Harda və nə vaxt olduğu vacib deyil.Əsas olan sevdiyim yanımdadır.
B)Restoranda
C)Parkda və ya meşədə gəzinti

5. Sənə məlum olur ki,valideynlərin ad günündə sənə hansısa hədiyyə alacaq.Bunun nə olmasını istərdin?
A)Bahalı kosmetika dəsti
B)Zinət əsyası
C)Velosiped

6. Sevdiyin oğlan sənə gül buketi hədiyyə edir.Buketin hansı güllərdən təşkil olmasını istərdin?
A)Tünd qırmızı qızılgüllər
B)Fərqi yoxdu
C)Qeyri-adi güllər

7. Bəziləri hesab edir ki,keçmiş həyatımızda biz balıq,pişik və s. heyvan olmuşuq.Bəs sənin fikrincə sən nə olmusan?
A)Pişik
B)Balıq
C)Siçan

8. Aşağıdakılardan hansı sənda güclü hisslər,emosiya yaradır...
A)Alov
B)Su
C)Hava

9. Sənin fikrincə müasir qızın çantası hansı stildə olmalıdır?
A)Ən əsası rəngarang olmalıdır,axı biz cavanıq...
B)İri olmalıdır,hər şey yerləşməlidir.
C)Sport stilli,rahat bir şey olmalıdır.

Xalları topla

1 2 3 4 5 6 7 8 9

A 5 0 0 10 5 10 5 10 5

B 0 10 5 5 0 0 10 5 10

C 10 5 10 0 10 5 0 0 10

0-35
Sən çox romantik qız deyilsən.Uzaq ölkələr,səyahət haqda fikirləşmək sənlik deyil.Xəyal qurmursan.Həyatın saat mexanizmi kimidir.Çox planlısan.Lakin həyatı bir qədər də özün istədiyin kimi gör.Həyata öz pəncərəndən bax.Elə çox yaxşı olacaq.

40-65
Sən romantika və reallıq arasındasan.Hansının səndə üstünlük təşkil etməsi sənin özündən asılıdır.Məsələn:Rəfiqələrinlə bağa getmək istəyirsən.Hər şey danışılır.Vaxt təyin edilir.Lakin sən ordakı səs-küyü,narahatçılığı və s.fikirləşib qərarını dəyişirsən.Rəfiqənə isə gələ bilmədiyini söyləyib evdə anana kömək edirsən.Sən çox qəribəsən.

70-100
Belə də olarmış.Sən bütün həyatını xəyallarda keçirmək istəyirsən.Sənin üçün bu həyatda adi heç nə yoxdur.Hər şeyə qeyr-adi baxırsan.Məsələn.Gecələr yatmağa hazırlaşanda belə yerində xəyallara dalırsan.Olmuş keçmiş hadisələr fikrində canlanır.Lakin bu qədər xəyalpərəst olsan da real həyat bir gün qapını çalacaq.Bu görüşə hazır ol.


Tarix: 20.04.2015 / 11:30 Müəllif: Aziza Baxılıb: 1648 Bölmə: Psixoloji Testler
loading...