Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha Nagillara Inanmiram Men...

Çapıb öz atını Ağ atlı getdi, Atları şimşəkdən qanadlı getdi, Uşaq yaddaşımı qanatdı getdi, Daha nağıllara inanmıram mən. Nənəmin inamı, dərdi nağıllar Namərdə aldatdı mərdi nağıllar, Bizi yuxulara verdi nağıllar, Daha nağıllara inanmıram mən Uşaq ovutmağa bir noğul idi, Sözlərdə yaşayan bir ağıl idi, Yaxşı adamlar da bir nağıl idi, Daha nağıllara inanmıram mən “Sim Sim” i sözlə yox zorla açdılar, Tilsimi min cürə yolla açdılar, Him – cimi möhürlü qolla açdılar, Daha nağıllara inanmıram mən Fatmalar ayağı kəndirdə qalmır, Xəmrimiz küt gedir, təndirdə qalmır, Qarğalar tülküyə daha aldanmır, Daha nağıllara inanmıram mən Acı həqiqətlər bal dadır indi, Arısı olmayan bal satır indi, Keçəli saçlılar aldadır indi, Daha nağıllara inanmıram mən Elə yuxularda atlar kişnədi, Divləri qazana saldım, bişmədi. Gözlədim, göylərdən alma düşmədi. Daha nağıllara inanmıram mən!...


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Nüsrət Kəsəmənli
loading...