Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Nüsrət KəsəmənliMəni Görməmisən

Bəzən büdrəmişəm, düzü yanında,
Sevgidən salmışam sözü yanında.
Min dəfə keçmişəm azı yanınnan,
Məni görməmisən, görməmisən sən.

Gözlərim həsrətlə dolub qalmışam,
Yolunda gül kimi solub qalmışam,
Üz-üzə gələndə donub qalmışam,
Məni görməmisən, görməmisən sən.

İzini ömrümə düzüb keçmisən,
Keçdiyin yollardan bezib keçmisən.
Yanımnan qanqalı üzüb keçmisən,
Məni görməmisən, görməmisən sən

Mənəmi veribsən sənsiz küçəni?
Alıb aparıbsan sirli gecəmi.
Yalançı yuxular aldadıb səni,
Məni görməmisən, görməmisən sən.

Yaxşı istəyibsən, yaman tapmısan,
Günəş axtarıbsan, duman tapmısan,
Həqiqət gəzibsən, yalan tapmısan,
Məni görməmisən, görməmisən sən.

Dönüb boylanıbsan ötərgi səs,
Mənəm sənin üçün yarpağtək əsən,
Xətrinə dəyməsin, korsan ya nəsən?
Məni görməmisən, görməmisən sən.

Payız demirəm ki, ömrün yaz olsun,
Yüz il də,min il də sənə az olsun,
Ölsən, başdaşına bu söz yazılsın,
"Məni görməmisən,görməmisən sən!" Ardı »

Nüsrət KəsəmənliNiye Geldin Sen Axı...

Niye geldin, axı,
Seni men çağırmamışdım.
Özün gelmişdin,
qara bir sevda kimi,
Üreyimin ekin yerine
quş dimdiyinden düşen buğda kimi
Cücermeyeydin gerek,
hesretinle baş – başa qalacaqdımsa,
Gözleye - gözleye heykel kimi donacaqdımsa,
heç gelmeyeydin gerek...
Duru göle daş atıb
bulandırma demişdim.
Yaşım da o yaş deyil,
dolandırma demişdim.
Ümidimi qatiltek
öldürmeyeydin gerek,
Şamın son şölesini
söndürmeyeydin gerek,
Niye geldin sen, axı,
Heç gelmeyeydin gerek...

Bir quş yuvası kimi
üreyim boş qalıbdı.
Sene kim bağışlayar
bu çekilmez günahı?!
Niye geldin sen, axı... Ardı »

Nüsrət KəsəmənliIkimizin Yerine

Bu sevgiden sen qorxursan eybi yox
Men severem ikimizin yerine
Bu ewq ucun bir gun dara cekseler
Men gederem ikimizin yerine
Min ezabdir sensiz kecen her gunum
Unutmusam yaxwi yaman ferqini
Bu sevgiden dag eriden derdini
Men cekerem ikimizin yerine.
Taleyimde son acilan gulumsen
Suzub qara gozlerini gulumse.
Bu sevginin sonu eger olumse
Men olerem ikimizin yerine. Ardı »

Nüsrət KəsəmənliOllem

Birimiz dan yeri,
Birimiz gurub,
Fikirler,gaygilar beynimi yorub,
Bir gul gonchesini
Soyunub durub,
Dersem oldureller,
Dermesem ollem.

Aglim kesilibdir
Hiisime genim,
Deir buludlardan
Torpaga enim,
Konlumu bir gozel
-Isteir menim,
Versem oldureller,
Vermesem ollem.

Ichimi bir shubhe
Dograir,yeir,
Terddud fikrimi
Min yere eir
Bir chemen chagirir,
:Buyur,gel” deir,
Girsem oldureller,
Girmesem ollem.


Bukurdu boynumu
Yene benovshe.
Bir hemderd yoxdu ki,
Adam geneshe,
Yetishib budagi eir guloshe,
Yesem oldurller,
Yemesem ollem.

Xumardan alishib
Bır uz goyneir,
Peshiman gaidan
Bir iz goyneir,
Dilimin ucunda bir soz goyneir,
Desem oldureller,
Demesem ollem... Ardı »

Nüsrət KəsəmənliDaha Nağıllara Inanmıram Mən

Çapıb öz atını Ağ atlı getdi,
Atları şimşəkdən qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən.

Nənəmin inamı, dərdi nağıllar
Namərdə aldatdı mərdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən

Uşaq ovutmağa bir noğul idi,
Sözlərdə yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,
Daha nağıllara inanmıram mən

“Sim Sim” i sözlə yox zorla açdılar,
Tilsimi min cürə yolla açdılar,
Him – cimi möhürlü qolla açdılar,
Daha nağıllara inanmıram mən

Fatmalar ayağı kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır,
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən

Acı həqiqətlər bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçəli saçlılar aldadır indi,
Daha nağıllara inanmıram mən

Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi.
Gözlədim, göylərdən alma düşmədi.
Daha nağıllara inanmıram mən!… Ardı »

Nüsrət KəsəmənliE’TIRAF

Fikirli gelirem, dalgin gelirem,
Qaygili gozlerin cekir seklimi.
Be’zen gec gelirem, yorgun gelirem
Bitirsen qapida benovse kimi…

Belke min sucumu bilmisen menim,
Birini uzume vurmamisan hec.
Eyhamla uzume gulmusen menim,
Birce yol uzume durmamisan hec.

Her kes taleyile gelir heyata,
Demirem, ureyi yumsaq olmusam.
Decel usaqlara mulayim ata,
Senincun en decel usaq olmusam.

Sensen daglar kimi sebrle dozen
Belke tereddudle cox doyusmusen.
Isti bir sevgiden yazmisam be’zen,
Soyumus cayimi sen deyismisen…

Uzumde kederden bir iz gorende,
Sirinim olmusan, acim olmusan.
Qohumdan, tanisdan pis uz gorende
Sen anam olmusa, bacim olmusan.

Bir kovrek se’rimden gozlerin dolub,
Ne deyim, ozgeden cox yazib qelem.
Ne qeder duyunlu gunumuz olub,
Duyunlu qasini gormemisem men…

Bir elin metbexde qabda-qasiqda,
Bir gozun istide, tustude olub.
Bir elin besikde ogul-usaqda,
Bir gozun hemise ustumde olub.

Yollar Ardı »

Nüsrət KəsəmənliDaha Nagillara Inanmiram Men...

Çapıb öz atını Ağ atlı getdi, Atları şimşəkdən qanadlı getdi, Uşaq yaddaşımı qanatdı getdi, Daha nağıllara inanmıram mən. Nənəmin inamı, dərdi nağıllar Namərdə aldatdı mərdi nağıllar, Bizi yuxulara verdi nağıllar, Daha nağıllara inanmıram mən Uşaq ovutmağa bir noğul idi, Sözlərdə yaşayan bir ağıl idi, Yaxşı adamlar da bir nağıl idi, Daha nağıllara inanmıram mən “Sim Sim” i sözlə yox zorla açdılar, Tilsimi min cürə yolla açdılar, Him – cimi möhürlü qolla açdılar, Daha nağıllara inanmıram mən Fatmalar ayağı kəndirdə qalmır, Xəmrimiz küt gedir, təndirdə qalmır, Qarğalar tülküyə daha aldanmır, Daha nağıllara inanmıram mən Acı həqiqətlər bal dadır indi, Arısı olmayan bal Ardı »