Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim Göz Yaşımı Görməyəcəksen

Bu eşqin yasını saxlayacağam,
Sən gedən yollara baxmayacağam.
Ağlasam, gizlicə ağlayacağam,
Mənim göz yaşımı görməyəcəksen

Tale oyunlara atacaq səni
Fəryadın göylərə çatacaq sənin.
Günahın gözünü tutacaq sənin,
Mənim göz yaşımı görməyəcəksən.

O gülən şəklinə baxıb ağlasam,
Gözümə bir eynək taxıb, ağlasam.
Üzümü ovcuma sıxıb ağlasam,
Mənim göz yaşımı görməyəcəksən.

Sən elə bilmə ki, qəmdən uzaqsan,
Bir yağış altında sönən ocaqsan.
Üzümə baxmağa utanacaqsan,
Mənim göz yaşımı görməyəcəksən!


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Nüsrət Kəsəmənli
loading...