Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alimdən seks haqqında təhlükəli proqnoz

Hamiləlikdən qorunmaq üçün dərmanı ilk dəfə kəşf edən avstraliyalı alim Karl Djerassi iddiaları ilə hamını qorxuya salıb.

91 yaşlı alim gələcəkdə qadınların 99 faizinin süni mayalanma yolu ilə hamilə qalacağını, sadəcə həzz almaq məqsədilə sekslə məşğul olunacağını bildirib.

“Sunday Telegraph” qəzetinə açıqlama verən professor Karl gələcəkdə sonsuzluqdan əziyyət çəkməyən insanların da süni mayalanma üsuluna üstünlük verəcəyini deyib.

Xüsusilə də Avropada qadınların yumurtalarını, kişilərin isə spermalarını donduraraq gələcəkdə ana və ata olmaq üçün süni mayalanma yolunu seçəcəklərini iddia edən alim 1951-ci ildə kəşf etdiyi hamiləlikdən qoruyan dərmanların 2050-ci ildə lazımsız olacağını vurğulayıb.

“Qadınlar və kişilər getdikcə daha gec yaşlarda valideyn olmaq istəyirlər. Bu da onları yumurtalarını və spermalarını dondurmağa sövq edir. Beləliklə gələcək nəsillər üçün seks və çoxalma ayrı-ayrı anlayışlar olacaq. Heç kim uşaq sahibi olmaq üçün cinsi əlaqəyə girməyəcək. Bu iş sadəcə həzz almaq məqsədilə icra ediləcək”.


Tarix: 31.03.2015 / 18:40 Müəllif: Aziza Baxılıb: 251 Bölmə: Maraqli Melumatlar
loading...