İntim ətirlər, ədviyyə qoxusu, gözəl iyli şamlar intimual oyanmanı gücləndirir. Özü də iy bilmə qabiliyyəti kişilərdə daha çox inkişaf etmişdir. Buna görə qadın ətirləri ilk növbədə kişilərin iy duyma qabiliyyətinə, məhz onları cəzb etməyə hesablanıb.
Məlum həqiqətdir ki, hər bir insanın öz fərdi qoxusu var. Alimlərin fikrincə, hər bir insanın qoxusu sintetik və təbii iylərin qatışığından ibarətdir və onun genlərindən, dərisinin növündən, saçlarının rəngindən, habelə temperament və diyetadan asılıdır. İnsan qoxularını qohum qruplara ayırmaq olar. intimual tərəf-müqabilin seçimində qrup fərqləri əsaslı rol oynayır. Spesifik qoxunu konkret genlər silsiləsi yaradır. Bern universitetinin mufellimi, zooloq Dekind xüsusi eksperiment sayəsində müəyyən etmişdir ki, qadınlar onların genlər silsiləsindən fərqli genlərə malik kişilərə daha çox meyl edirlər. Bu eksperimentlərin birində qadınlar və 44 kişi iştirak etmişdir. Kişilərin hərəsinə bir cüt təmiz futbol maykası verilmiş və onlara iki gecə bu maykada yatmaq tapşırılmışdır. İki gündən sonra maykaları çeşidləyərək deşikləri olan karton qutulara yığmış və qadınlara bunları iyləməyi təklif etmişlər. Eksperimentin nəticəsində məlum olmuşdur ki, qadınlar maksimum dərəcədə onların öz iyinə oxşamayan iyləri sevirlər.
Adətən hesab edilir ki, insanın iyi onun tərinin iyidir. Lakin bu belə deyil, çünki tərin özünün heç bir iyi yoxdur. İnsan hətta 2-3 həftə çimməsə də, ondan gələn iy tər iyideyil, onun bədənində parazitlik edən mikroorqanizmlərin iyi olacaq. İnsanın həqiqi iyini qoltuq altında, məməciklərin altında, başda, anus nahiyyəsində və qasıqda yerləşən tər vəziləri ifraz edir. Qadınlar aybaşı olduğu zaman və onların intimual oyanma məqamlarmda bu tər güclənir və kişiləri özünə cəzb edir.
Beləliklə, iyduyma bizim intimual həyatımızda əhəmiyyətli rol oynayır. İylərin qeyri-iradi tənzimlənməsi mexanizmi fəaliyyət göstərir. Lakin heç də hamı bunu eyni dərəcədə qavramır, hər şey insanın iybilmə qabiliyyətindən asılıdır.
İnsanın intimual iyləri qavradığı orqan «vomer» adlanır. O, burnu ayıran daxili arakəsmədə, onun ucuna yaxın yerləşir. İki kiçik «cibcikdən» ibarət olan vomerin öz vəziləri, sinirləri və beyində öz mərkəzi var.
Vomerin insanların intimual davranışında nə qədər böyük rol oynadığını bundan bilmək olar ki, burun arakəsmə-si ilə əlaqədar plastik cərrahiyyə əməliyyatlarından sonra bəzi kişilərdə potensiya itir.
Bu orqan hamıda eyni dərəcədə inkişaf etmədiyinə görə, insanların intimuallıq dərəcəsi də müxtəlifdir, axı iy bizi iradəmizdən asılı olmayaraq idarə edə bilir. Cinsi stimulyator qismində ən çox buxur (ətirli qatran) yarayır. O, yanarkən, ondan öz strukturuna görə cinsi hormonlara oxşayan bir sıra iyli maddələr ayrılır. Bu cür kimyəvi analogiya iybilmə yaddaşının izlərini yeridən hasil etməyə və deməli potensiyanı artırmağa kömək edə bilərdi. Təsadüfi deyil ki, ən yaxşı fransız ətirlərinin tərkibində məməli heyvanların cinsiyyət vəzilərinin ekstraktı, habelə cinsi fəaliyyəti artıran maddələr olur.
Şərq xalqları əsrlər boyu tonusu qaldırmaq üçün müxtəlif növ ətir və iylərdən istifadə etmişlər. Qədim kahinlər özlərinin icad etdikləri «sevgi ətirlərinin» hazırlanma reseptlərini həmişə mühüm sirr kimi gizli saxlamışlar.
Bu cür reseptlərdən biri ilə sizi də tanış etmək istəyirik.
Çiməcəyiniz suya hərəsindən iki efir damlası zirə. rozmarin, razyana, jasmin və nərgizgülü əlavə edin. Əgər bunlardan hansısa olmasa, əldə olanlarla kifayətlənə bilərsiz. Bu cür 4-5 vannadan sonra sizin intimual şövq və gücünüz xeyli artmış olur.
Öz bədəninin saf ətri ilə (süni ətirlərlə yox) öz sevgilisinə xoş duyğular bəxş etmək istəyənlər ot dəmləməsi qatılmış vanna qəbul etməlidirlər.
Nanə, aptek çobanyastığı, dərman mərcanotu, şam ağacı iynələri və ağcaqayının quru yarpaqlarının hərəsindən 1 xörək qaşığı götürün, üstünə qaynar su əlavə edin, vam odda beş-altı dəqiqə qaynadın və kip örtülü qapaq altında 1-2 saat dəmdə saxlayın. Bu ot qatışığına isti su əlavə edin və vanna qəbul eləyin
Ot vannaları qədər bədənə xoş rayihə bəxş edən ikinci bir üsul tapa bilməzsiniz. Qışda vanna qəbul etmək üçün əvvəlcədən gicitkən, kalendula, cökə çiçəyi, evkalipt yarpağı ehtiyatı tədarük edin. Ot vannası nəinki bədənə xoş rayihə verir, həmdə orqanizmi sağlamlaşdırır.
Qadınlar isəçalışmalıdırlar ki, nəfəsləri ətir qoxusun. Bunun üçün belə bir qatışıqdan istifadə etmək olar: 1 çay qaşığı nanəyə 5-6 xörək qaşığı qaynar su əlavə edin. 10-15 dəqiqə dəmdə saxlayın, sonra ona 1 xörək qaşığı bal qatın. Bu cövhəri həm daxilə qəbul etmək, həm də dodaqlara sürtmək olar.
Qadınlar görüş günü ətir və odekolondan istifadə etməsə yaxşıdır. Qoy sevgilisi onun saçlarının, bədəninin əsl iyini, təbii etrini duysun. Bunun üçün daha bir ot qatışığından istifadə etmək olar. Dərinin təmiz, sağlam iyi olsun deyə görüş ərəfəsində bir gün çiy qida yeyin. Təxminən 1 kiloqram çıy tərəvəzi, göyərtini, dərman otları kökünü təmizləyin, xırdalayın, üzerinə bitki yağı əlavə edin, üç yerə bölün və gün ərzində: səhər saat 12-də və naharda yeyin. Axşama yaxın sizin orqanizminiz təmizlənəcək, dərinizdən və saçlarınızdan çöl otlarının ətri gələcək, yüngülvari aclıq isə sizin intimual iştahanızı yalnız artıracaq.
İylərin intimuallığa təsiri barədə çoxsaylı maraqlı faktlar mövcuddur. Məsələn, Afrikada yaşayan tayfaların birində arvadı yalnız iy duyğusu əsasında seçirdilər, yeri bir-birlərinin iyini bəyənənlər ailə həyatı qururlar. Deyilənə görə bu tayfada boşanma hallarına rast gəlinmirmiş.
Artıq qeyd etdiyimiz kimi insanların çoxu bədənin təbii iyini bəyənirlər. Məsələn Napoleon dünyanın ən gözəl ətirləri ilə müqayisədə bədənin qoxusuna üstünlük verirdi, bu iy onu həmdə vəcdə gətirirdi. Növbəti hərbi yürüşdən qayıdarkən, irəlicədən arvadı Jozefinanı xəbərdaredirdi: «Gəlirəm, daha çimmə».
Bəzi adamları ən müxtəlif iylər intimual vəcdə gətirə bilər. Məsələn, Kanadada gənc bir qadın yanıq rezin iyindən cuşa gəlirdi. Bunun üçün o. maşını saatda 100km. sürətlə sürür və masturbasiya ilə məşğul olurdu.
Bəzi adamlarda iybilmə o qədər güclüdür ki, bu hətta xəstəlik (hiperosmiya) sayılır. Belə ki, bir kişinin bunun üzündən problemləri yaranırdı. Sarı saçlı qadınlar onun ağlını başından alırdı, onun dediyinə görə bu qadınlardan körpə qoxusu gəlirdi. Bu kişinin sarı saçlı məşuqəsi vardı və yataqda onların heç bir problemi yox idi. Lakın di gəl ki, öz qarasaçlı arvadı ilə heç nə alınmırdı. Arvadı yalnız sarısaçlı qadınların iyini verən ətirlərdən istifadə etməyə başladıqdan sonra hər şey qaydasına düşdü.
Sevgi görüşü ərəfəsində siz belə bir üsuldan istifadə edə bilərsiz: qoltuğunuz altına qabığı soyulmuş alma qoyun. Alma nəinki təri öz canına hopdurur, həm də bədəninizin feromonlarmı, yeri sizin tərəf-müqabilimzi vəcdə gətirən iy molekullarını gücləndirir.
Qadınlardan birinin qoxu ilə bağlı maraqlı, eyni zamanda sadə tövsiyəsi:
"Öz təcrübəmdən bilirəm ki, giləmeyvə iyi kişiləri ən çox vəcdə gətirən qoxulardandır. Şəxsən man duş qəbul etdikdən sonra hansısa giləmeyvəni, məsələn çiyələyi təkcə üzümə deyil, bütün bədənimə sürtür və 5dəqiqədən sonra soyuq su ilə yuyuram. Belə vaxtlarda özümü dəniz köpüyündən indicə doğulmuş Venera kimi hiss edirəm, dərim zərif və məxmər olur. Bu ətir ərimə qıcıqlandırıcı təsir göstərir, onun şövqünü artırır. Bu mənada kişilər bizdən qat-qat həssasdırlar. Adi tər, çirk iyi nəinki onların potensiyasına mənfi təsir göstərir, bu həm də onları qadından çiyrəndirə bilər. Hər cəhətdən normal kişi öz arvadı ilə cinsi əlaqədən qaçanda, yaxud öz kişilik vəzifəsini candərdi yerinə yetirəndə mən bunun günahını heç da onda deyil, onun qadınında görürəm"
Tarix: 25.11.2014 / 12:46 Müəllif: Aziza Baxılıb: 210 Bölmə: Maraqli Melumatlar