Bu, arıqlamaq üçün pəhriz saxlayan hər insanın ən az bir dəfə düşdüyü bir tələdi. Bu üsul arıqlama üsulları arasında sayılan böyük bir yalandır. Pəhrizə başladığımız andan etibarən içkilərdə də dəyişiklik edirik. Bunun sürətli arıqlama üsulları arasında olduğunu düşünürük. Bu içkilərin haradasa sıfır kalori olması və yağı özündə cəmləməməsi bizi cəzb edir.
Yaxşı, amma pəhriz içkiləri niyə arıqlamaq istəyənlər üçün təhlükəli olur? Bu içkilər, həqiqətən də, piy əritməyə köməkçi olurmu? Onlar, görəsən, sağlamlığımız baxımından nə ifadə edirlər? Bu tip içkilərin yağ yandırmağı qədər sağlamlığa necə təsir etməyi də önəmlidir. Çünki bizim hədəfimiz, sağlam bir şəkildə arıqlamaqdır.
Pəhriz içkiləri kaloridən və yağdan təmizlənmiş olması onların zərərsiz olduqları mənasına gəlmir. Çünki bu içkilərin çoxunda sağlamlığımıza mənfi təsir edən kimyəvi dadlandırıcılar var. Məsələn, dadlandırıcılardan olan aspartam və suklaroz qan şəkərinin birdən yüksəlməsinə səbəb olur. Dünya sağlamlıq təşkilatının mövzu haqqında bir çox hesabatı var.
Kimyəvi dadlandırıcılar bədənimizi aldadır. Pəhriz yeməklərindən bədənimizə şəkər daxil olmaz, ancaq dadlandırıcılar bədənə şəkər daxil olmuş hissini verir. Biz beləcə bədənimizi aldatmış oluruq və arıqlamaq üçün pəhriz saxlayan hər kəsin nifrət etdiyi vəziyyət ortaya çıxır: daha çox acırıq.
Pəhriz içkilərinin zərəri
Arıqlamaq üçün tətbiq etdiyiniz proqram hansı olursa, olsun, pəhrizli içkilərdən qətiliklə istifadə etməyin. Əks təqdirdə arıqlama proqramı sizə heç bir fayda verməz. Bu 4 maddəni tətbiq etsəniz, o içkilərdən qısa müddətdə azad ola bilərsiniz.
1. Normal içkilərə yönəlin. Kalori hesabınızı ona görə edin. Bu süni adlandırıcıları bədəninizə dəvət etməkdən min qat daha yaxşıdır.
2. Adi su və təbii ətirli suları içməyə çalışın. Xüsusilə çöldə yemək yediyiniz zaman. Perrier və pellegrino mineral baxımından zəngin məhsullar təqdim edir. Sitrus ilə zənginləşdirilmiş bu variantlarda kalori yoxdur. Süni dadlandırıcı isə heç yoxdur!
3. Yarım stəkan meyvə suyu və yarım stəkan soda ilə ləziz bir nəticə əldə edə bilərsiniz. Bu əslində bir daşla iki quş vurmaq kimidir. Hazırladığınız içki həm sevdiyiniz meyvənin aromasını daşıyar, həm də fərqli faydaları olan sodanı pəhrizinizə daxil etmiş olarsınız (Bu düsturu ayran ilə də təcrübə edə bilərsiniz. Yarım stəkan ayran və yarım stəkan soda birlikdə möcüzələr yaradar).
4. Bitki mənşəli çayların pəhriz proqramlarında köməyini bilirsiniz. Yaxşı, çayınızı buzlu içməyi sınadınızmı? Xüsusilə sitrus, limon və digər sitrus bitkiləri ehtiva edən bitki mənşəli çay qarışıqları pəhriz içkilərinə və bir çoxumuzun asanca məğlub düşdüyü kolalı içkilərə möcüzəvi bir alternativdir.
Pəhriz içkilərinin zərəri
Kolalı içkilər pəhriz proqramınızı təhdid edir və bu mövzuda siz tək deyilsiniz. Bu içkilərə olan asılılıq hər gün artır. Bununla mübarizə aparmağın ən təsirli üsulları isə yuxarıdakı 4 variantdır.
Arıqlama pəhrizləri bir neçə sadə qayda üzərindnə qurulub və qısacası, bu qaydaya da əməl etməyəcəyiksə, heç pəhriz saxlamasaq, daha yaxşıdır.
Tarix: 25.11.2014 / 11:15 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri