Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaqların daha tez uzanması üçün təbii vasitə

Dırnaqlarınız tez qırılırsa, narahat olmayın. Sun.az-ın tövsiyələri bu dərdə əlac olacaq. Belə ki, dırnaqları möhkəmləndirməyin təbii yollarını izah edəcəyik.

Dırnaqlarım çox tez qırılır. Onları gücləndirmək üçün nə etməliyəm?

Əgər dırnaqlarınız çox tez-tez qırılırsa, ilk olaraq həkimə gedin və səbəbini aydınlaşdırın. Çünki bu cür hallar çox zaman ciddi xəstəliyin əlamətləri hesab olunur. Bir qab suyun içinə təzə nanə yarpaqları ataraq çay kimi dəmləyin. İlıqlaşanda bir çay qaşığı okaliptüslə qarışdırın. 7 gün ərzində hər gün 15 dəqiqə olmaqla dırnaqları bu qarışığın içində saxlayın. Çıxardıqdan sonra dırnaqların kənarlarına badam yağı çəkin.

Dırnaqları möhkəmlədən üsullar

Zeytun yağı və limon suyu: 1 çay qaşığı zeytun yağı və 1-2 damcı limon suyunu qarışdırıb həftədə 2 dəfə dırnaqlara çəkin. Gecə yatmazdan dırnaqları masaj edərək pambıq əlcək geyinib yatın. Səhər yuxudan duran kimi ilıq su ilə yaxalayın.

Çay ağacı və E vitamini: 1 çay qaşığı çay ağacı yağı və 2-3 damcı E vitaminini qarışdırıb dırnaqlarınıza çəkin. Bu qarışıq təkcə dırnaqları gücləndirmir, göbələk və infeksiyalara qarşı da dırnaqları qoruyur.

Dəniz duzu: 2 qaşıq dəniz duzuna 2 damcı limon suyu, 2 damcı mirra yağı və 2 damcı buğda toxumlarının yağını qarışdırın. Bu qarışığı 1 kasa isti suya əlavə edib əllərinizi 10-15 dəqiqə suyun içində saxlayın. Həftədə 2 dəfə etmək lazımdır.

Gecə terapiyası: 2 damcı E vitamini yağını dırnaqlarıa çəkib, əlcək geyinin və yatın.

Pivə və zeytun yağı - 1/4 fincan zeytun yağını isidib eyni miqdarda alma sirkəsi və yarım fincan pivə ilə qarışdırın. Dırnaqları bu maskada 15 dəqiqə saxlayın.


Tarix: 24.11.2014 / 17:29 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...