Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Masaj hansı preparatları əvəz edir?

Kanada alimlərinin apardıqları araşdırmalar göstərib ki, masaj əzələ hüceyrələrinə iltihab əleyhinə təsir göstərməklə zədələnmiş əzələ toxumalarında ağrını zəiflətməyə kömək edir.

Belə bir nəticə dayanmadan məşq etməli olan 11 cavan şəxsin dördbaşlı gövdə əzələsindən götürülmüş əzələ biopsiyasının genetik analizindən sonra əldə olunub. Trend-in məlumatına görə, bu barədə Xinhua agentliyi xəbər verir.
Tədqiqat zamanı könüllülərdən birinin ayağı masaj edilir. Biopsiya məşqə qədər, masajdan dərhal 10 dəqiqə sonra və 2,5 saat ərzində edilir. Nəticədə masaj əzələ hüceyrələrindəki iltihabi sitokinlərin tullanışının qarşısını alır və hüceyrələrdə enerjinin hazırlanmasına cavabdeh olan mitoxondriyaların biogenezinə imkan yaradır. Yəni masaj orqanizmə eynilə adi ilhihab əleyhinə preparatlar kimi təsir göstərir.
Tədqiqatın rəhbəri Mark Tarnopolski qeyd edir ki, həkimlərin xroniki iltihabi xəstəliklərdən əziyyət çəkən xəstələrə və sümük-əzələ zədələri almış yaşlı adamlara qarşı masajdan istifadə etmələrinə dəyər.


Tarix: 24.11.2014 / 10:27 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...