Dərinizin Qulluğa Ehtiyacı var.
Normal və Qarışıq Dərilər:
Hər səhər oyananda mütləq dərinizi təmizləyin. Bu təmizliyi edərkən, dərini sakitləşdirən maddələr ehtiva edən bir məhsul seçin, daha yaxşı olacaq. Təmizlikdən sonra spirtsiz bir toniklə rahatlaşdırın. Sonra vitaminli bir nəmləndirici çəkin.
Axşamlar dərinizə səhər tətbiq etdiyiniz baxımın eynisini tətbiq edin. Səhərlər multi-vitamin, kalsium və antioksidantla zəngin yeməklər yeyərək, dərinizin içəridən də bəslənməsini təmin edin.
Qış aylarında dəri daha həssas olacağı üçün, normal bir təmizləyici yerinə, həftədə 3 dəfə alfa hidroksi ehtiva edən bir təmizləyici seçin. Həftədə 1 dəfə də C vitamini qulluğu edin.
Yağlı Dərilər:
Tərkibində gil olan təmizləyicilər, yağlı cildlər üçün idealdır. Bu təmizləyicini istifadə etdikdən sonra üstündən tonik çəkin.
sonra isə yağsız bir nəmləndirici istifadə etməyi heç vaxt yadınızdan çıxarmayın.
Axşamlar dərinizi təmizlədikdən sonra, kollagen meydana gəlməsinə köməkçi olacaq bir nəmləndirici istifadə edin.
Dərinizə baxım etmək istəsəniz, həftədə 1 dəfə multi vitamin ehtiva edən kremlər istifadə edə bilərsiniz.
Payızda qarışıq və yağlı dərilərdə sızanaqlar və qara nöqtələr meydana gələ bilər. Əgər yaydan qalmış izlər də varsa, uyğun baxımı etdirdikdən sonra, bir neçə seans peeling tətbiq edə bilərsiniz. Daha sonra C vitamini ehtiva edən krem çəkin.
Quru Dərilər:
Ən həssas dəri tiplərindən biridir. Quru dərilərdə soyuq, isti, külək, sərt sabunlar, spirtli təmizləyicilər çətinlik yarada bilər.
Təmizləyiciniz yumşaq olmalıdır. Maye təmizləyicilər dərinin nəmini daha çox qoruyar. Dərinizə dözə biləcəyi qədər yumşaq krem peeling edə bilərsiniz. Peeling etmək, ölü dəri təbəqəsini soyaraq təzə bir dəriyə qovuşmağa köməkçi olar.
Anti-aging məhsullar dərini nəmləndirərək, sərbəst radikallarla döyüşərlər. Xüsusilə C vitamini dəriyə son dərəcə faydalıdır. Çöldən dərinizə nə qədər yaxşı baxırsınızsa baxın, əgər içəridən də doğru bəslənmir və lazım olan vitaminləri ala bilmirsinizsə, dərinizə tam olaraq baxmış sayılmazsınız.
Tarix: 06.07.2013 / 12:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri