Qaşları korreksiya etmədən öncə dəqiqləşdir ki, nə istəyirsən. Bu çox vacib amildi.
Əsas qaydalar:
- Sonu qaldırılmış, qısa qaşlar üzü daha da uzada bilər ki, bu forma yumrusifət xanımlar üçün uyğundur.
- Uzun və qalın qaşları 5 mm az olmamaq şərtilə almaq lazımdır. Əks halda qaşlarınız qeyri-təbii görünəcək.
- Gözlərinizin daha cəlbedici görünməsi üçün qaşın üst tərəfini qalınlaşdırmaq da yaxşı effekt verir.
Qaşlara qulluq:
Gözəl qaşlarınızın olması üçün onlara lazımınca qulluq etmək vacibdir. Bunun üçün bir sıra prosedurları yerinə yetirin. Qaşlarınızı üz üçün nəzərdə tutulan yuyucu vasitələrlə yuduqdan sonra darıyın. Yağı bir az isidib pambqıla qaşlarınıza sürtün. 10-15 dəqiqə saxladıqdan sonra yuyun. Yaxşı olar ki, A və E vitamini ilə zəngin olan zeytun yağından istifadə edəsiniz.
Doğru seçim:
Oval üz quruluşuna malik xanımlar qövsşəkilli qaşlara üstünlük versələr, yaxşı olar. Bu formada onların baxışları daha açıq görünəcək.
Dördbucaq üzlü xanımlar qaşlarını incə formada almalıdırlar. Onlar qaşlarını bir az uzatsalar nəticə ürəkaçan olacaq.
Yumru simalı xanımlara qısa qaşlar yaraşır.
Üz quruluşu uzun olan xanımlara isə tövsiyə olunur ki, düz qaşlara üstünlük versinlər.
Məsləhətdir:
1. Epilyasiya zamanı heç vaxt artıq tükləri aldırma. Çünki qaşlarını yeni formaya salmaq fikrinə düşəndə, arzun ürəyində qala bilər.
2. Qaşlarını heç vaxt saçlar üçün nəzərdə tutulmuş saç boyları ilə boyama. Çünki tərkibində olan kimyəvi vasitələr allergik təsir bağışlaya bilər.
3. Qaşlarını başqa rəngə boyamaq istədikdə yaxşı olar ki, kosmetoloqlara müraciət edəsiniz. Onlar sizə daha yaxşı məsləhət verəcəklər.
4. Qaşların təbii formasını həmişə saxlamağa çalış.
5. Qaşları formaya salmaq üçün xüsusi karandaşlardan istifadə etmək məsləhətdir. Çünki bele karandaşlar daha bərkdirlər və dəridə yayılmırlar. Qaş karandaşınız yoxdursa, göz üçün olan karandaşı buzxanada 1 saat müddətinə saxlayın, bununla istənilən nəticəni əldə edəcəksiniz.
Tarix: 23.06.2013 / 16:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri