Gözəl saçlara sahib olmaq üçün onları nəinki xaricdən, həmçinin “daxildən" də qidalandırmaq lazımdır. Rasionunuzda müntəzəm olaraq aşağıdakı məhsullar olmalıdır: balıq, toyuq əti, yağsız ət, toyuq və ya bildirçin yumurtaları, qoz, paxlalı bitkilər və s. Bütün bu qidaların tərkibində saçların böyüməsini təmin edən zülal vardır. Saçlar üçün süd məhsulları, bitki yağları, təzə meyvə və tərəvəzlər də çox xeyirli hesab edilir.
Əgər gözəl və sağlam saçlarınızın olmasını istəyirsinizsə, rasionunuzda qızardılmış, yağlı, duzlu və kəskin qidaları, konservləri məhdudlaşdırmaq lazımdır.
Gözəl saçlar üçün səhər yeməyi: 6 xörək qaşığı yulaf yarmasının (“herkules”) üzərinə bir qədər qaynadılmış soyuq su töküb, üzərinə 1 qaşıq bal və bir neçə xırdalanmış qoz əlavə edin və səhərə saxlayın. Səhər bunun üzərinə bir neçə qaşıq qaymaq, bir qədər xırda-xırda doğranmış ərik qurusu və ya kişmiş də əlavə edin. Yay aylarında bu qidaya istənilən meyvə və giləmeyvələr əlavə etmək olar.
Saçların ¼ hissəsi sudan ibarətdir ki, bu da onun elastikliyini təmin edir. Buna görə də orqanizm kifayət qədər su da almalıdır. Gün ərzində 8-10 stəkan maye (çay, ot dəmləmələri, meyvə şirələri, suplar və s.) qəbul etmək lazımdır.
Tarix: 03.07.2013 / 22:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri