Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyin 6 sirri

Banan
Banan özündə sənin orqanizminə lazımlı olacaq faydalı şeyləri saxlayır.

Faydalılığı:
İlk növbədə,bananda kalium var,hansı ki ürəyin möhkəmlənməsinə xidmət edir.Banan əsl enerji və gümrahlıq verən bir qidadır.

Bibər
Çox qəribə də olsa bibər öz faydalılığına görə limonu əvəz edir.

Faydalılığı:
Ən başlıca bibərdə C vitamini vardır.Bundan başqa kalsium,B2 vitaminləri vardır.B2 vitamini dərinin hamar və təravətli olmasına yardımçı olur.B2 vitamininin çatışmamazlığı saçların tökülməsinə gətirib çıxara bilər.

Kök
Üzünüzün hamar,təravətli olmasını istəyirsinizsə kökü yaddan çıxarmayın.

Faydalılığı:

Kök hamımızın bildiyi kimi A vitamini ilə zəngindir.A vitamini boy artımına,yaraların da tez sağalmasına,kəpək probleminə də kömək edir.C və E vitaminləri də kökdə üstünlük təşkil edir.

Ləpə
Sağlam saçlar,möhkəm dırnaqlar,yüksək hal-əhval...Bütün bunlar ləpədədir.

Faydalılığı:
Ləpədə E vitamini,sink,xırda lakin çox xeyirli bir çox mikroelementlər var.Təsəvvür eləyin ki,bir çox problemlərdə məs: dırnaqların qırılması,saçların tökülməsi və s. sizin ilk təcili yardımınıza fındıq və ya tumlar gələ bilər.Belə ki,badam,püstə,fındıq,qoz,araxis...Və tumlar-balqabaq və günəbaxan tumları

Çörək
Yadınızda saxlayın:90-60-90 standartlarına uyğun olmaq üçün çörəkdən imtina edənlər haqsızdırlar.Çörək orqanizm üçün əvəzolunmazdır.

Faydalılığı:
Çörək-enerji və güc mənbəyidir.İlk növbədə çörəkdə B1 vitamini var,hansı ki,dəri soyuqdəyməsini aradan götürür.Çörəkdə B2 vitamini və kalsium var.B2 saçları,kalsium isə dırnaqları möhkəmləndirir.

Portağal
Portağal bir çoxlarımızın sevdiyi meyvədir.İndi isə onun faydalarına nəzər yetirək.

Faydalılığı:
Bildiyimiz kimi,portağal C vitamini ilə çox zəngindir.Həmçinin o dərini sızanaqlardan,qara nöqtələrdən təmizləyən mikroelement və fermentlərlə də zəngindir.(Təbii ki,yediyimiz zaman həddi aşmamaq lazımdır.


Tarix: 28.06.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...