Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cazibədarlığı Sadəcə Geyim və Makiyajla Əldə Etmək Olmur

Cazibədarlığı sadəcə geyim və makiyajla əldə etmək olmur..
*Baxış- Baxış dedikdə, makiyaj edilmiş gözlər yox, məhz baxış nəzərdə tutulur. Utancaq və ya cəsarətli, açıq və ya sirli. Gözlərin"oynamalıdır" onlar əvvəlcə geniş açılır,qaşlar astaca qalxır, kişinin nəzəri səndə olanda isə gözlər gülümsəyərək aşağı salınır. Axı gözlər qəlbin aynasıdır. Əgər qəlbin bu kişini istəyirsə, bunu büruzə verməkdən çəkinmə.

*Gülüş- Gülümsəyərkən dişlərin ağ və gözəl olması önəmli deyil, ən əsası valehedici gülüşdür. Gülümsəməyini güzgünün qarşısında məşq edə bilərsən. Dodaqlarını irəliyə doğru apar, sanki kimisə öpürsən və incə gülümsə. Bu yolla partnyoruna göstərəcəksən ki, məhz sənin dodaqlarının öpüşü onu xoşbəxt edəcək.

*Yeriş- Cazibədar qadının yerişi yüngül və bud nahiyəsindən olmalıdır. Ayağına hansı ayaqqabı-krosovka, baletka və ya 15 sm-lik hündürdaban geyinməsindən asılı olmayaraq yeriş zamanı ombanı asta-asta yırğalamaq lazımdır.

*Qamət- Bilirsən ki,belini bükəmlə 10 sm kiçilir. "Beli bükmək qamət qüsusu yox,beyinin ağırlığını göstərir"deyənlər də yanılırlar. Beli bükmək insanın xarici görünüşü və sağlamlığına qarşı laqeyd olmasının göstəricisidir. Düz qamət təkcə düz bel demək deyil. Qadın üçün gözəl qamət dik çənə,düz baxış,düz çiyinlər,hündür döş, gərilmiş qarındır.

*Səs- Amerikalı alimlər belə nəticəyə gəliblər ki, qadın nə qədər cazibədar olarsa, səsi bir o qədər incə çıxmalıdır. Ehtirasın səsi də incəsəs hesab olunur. Ona görə də səsi məşq etdirmək lazımdır.

*Cərəyan- Kişini nə geyimin, nə makiyajın, nə də gözəl sinən cəlb etmiyəcək, əgər səndən cazibədarlıq cərəyanı gəlmirsə. Ən əsası daxili enerjidir. Elə olur ki, küçədə gözəl qadın gedir, amma hal-əhvalı pis olduğundan ona heç kim baxmır. Elə də olur k,adi ev paltarında mağazaya çörək almağa gedirsən, kişilər dönüb sənə baxırlar. Əgər sən daxili gözəlliyini hiss etsən,əks cins də sənə qarşı laqeyd olmayacaq. Cazibədarlıq şüası saçmaq üçün çox şey lazım deyil- fitnes və gəzinti.

*Davranış üslubu- Bu əsl incəsənətdir- mimika, jest və hərəkətlərin uyuşması. Cazibədar olmağı öyrənmək mümkündür. Bunun üçün maraq doğuran jestlərdən başlayın: partnyoruna tərəf əyil, əlini-ayağını ona tərəf yaxınlaşdır. Ona bir balaca toxun- çiyninə,əlinə.


Tarix: 28.06.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...