Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Plastik cərrahiyyə fanatı: 100 əməliyyatdan sonrakı "şəlpə"lik -

Rusiyada yaşayan 22 yaşlı qız dodaqlara silikon qoydurularaq onların formasının dəyişdirilməsi ilə bağlı dünyada indiyədək misli görünməmiş nəticəyə nail olub.

Sankt-Peterburq şəhərində yaşayan 22 yaşlı Kristina Rey dodaqlarını Hollivudun məşhur "Dovşan Rocerə kim badalaq vurdu?" filminin baş qəhrəmanlarından biri Cessika Rəbbitə bənzətmək istəyirdi. Bu istək az qala onun həyatının idefiksinə çevrilmişdi.

Bu məqsədlə də o, indiyədək 7 min dollar sərf edərək dodaqlarını 100 plastik əməliyyata məruz qoyub.

"Fantastik göründüyümə əminəm və bu, məni bəxtəvər edir. Bəzən küçədə olanda "yekədodaq" deyirlər, amma belələrinə əsla fikir vermirəm", - Kristina deyib.

Başqalarından fərqlənmək istədiyini vurğulayan Kristina Hollivudda çəkilmiş animasiya filmlərinin fanatı olduğunu söyləyib.
O, Cessika Rəbbitin dodaqlarını çox sevdiyini bildirib: "Fikrimcə, həmin animasiya obrazı mükəmməl qadındır".

Təhsil aldığı universitetdə yaşıdlarının ona xor baxdığını gizlətməyən Kristina ilk dəfə 17 yaşında plastik cərrahiyyə əməliyyatına məruz qaldığını deyib.
Dodaqlarını ifrat dərəcədə irilədən Kristinanın yeni məqsədi sinəsini böyütməkdir.

"Döşlərimin böyük, qulaqlarımın da elf qulaqlarına bənzəməsini istəyirəm. Üstəlik, burnumun formasını da dəyişdirəcəyəm", - Kristina söyləyib.


Tarix: 27.06.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 59 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...