Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möhkəm dırnaqlara sahib olmaq üçün qulluq

Dırnaqlarınız tez-tez qırılır, soyulur və yumşaqdır? Həftədə bir - iki dəfə edəcəyiniz baxımla bu problemlərdən xilasolaraq güclü dırnaqlara sahib olacaqsınız.
Əgər güclü dırnaqlara sahib olmaq istəyirsinizsə əvvəl səthini baxım üçün hazırlamalısınız. Bunun üçün əvvəl dırnaq qayçısıyla dırnaqlarınızı uclarından düzəldin. Ardından dırnaq səthini bu iş üçün xüsusi hazırlanmış 3 üzlü yumşaq törpülərlə yaxşıca təmizləyin.
Əllərinizi kremləyərkən bundan dırnaqlarınızın da faydalanması üçün diqqət göstərin. Necə? Kremdən kiçik bir parçanı dırnaq diblərinizin üzərinə qoyun və bununla dırnaqlarınızı ovun. Tərkibində vitaminlər və bitki mənşəli yağlar olan məhsullar seçməniz məsləhətdir.
Dırnaqlarınızı nəm verən kremlə ovduqdan sonra bir müddət gözləyin və ardından yuyub qurulayın. Bundan sonra üzərinə kalsium ya da keratin baxımından zəngin bir qoruyucu krem tətbiq edə bilərsiniz. Bu vasitə həm dırnaqlarınızı bəsləyəcək, həm də onları çöldən gələcək bütün mənfi faktorlara qarşı qoruyacaq.


Tarix: 27.06.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 45 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...