Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baharda necə gözəl görünmək olar?

Mövsüm dəyişən zaman dəriyə bir neçə qulluq etmək lazımdır. Süd maskası ilə dəriniz daha gözəl və parlaq olacaq.

Süd sağlamlığa xeyirli olduğu qədər, gözəlləşdirici təsirə malikdir. Qədim Misir və Yunan mənbələrində, süd qadınlar tərəfindən dərini gözəlləşdirmək üçün istifadə edilirdi. Kleopatra gözəl görünmək üçün süd vannası qəbul edirdi. Yunanlı qadınlar isə qatıqdan istifadə edirdi. Süddən yanıq müalicəsində də geniş istifadə edilib. Südün tərkibində olan A, D və E vitaminləri ilə süd dərinin gənc qalmasını təmin edən təbii nəmləndiricidir.

Romantik südlü və şokoladlı süd vannası
3 fincan süd
5 yemək qaşığı təzə doğranmış nanə
5 yemək qaşığı kakao
½ fincan qar];dal; nişastası
Bütün bu ərzaqları böyük bir qabın içərisində qarışdırın və bir vannaya tökün. Süd vannasının keyfini çıxarın…

Süd və bal ilə canlandırıcı maska
3 yemək qaşığı süd
3 yemək qaşığı bal
1 fincan yulaf
Bütün ərzaqları qarışdırıb macun halına salın. Təmizlənmiş üzünüzə bu maskanı çəkin və barmaq ucları ilə masaj edin. Üzünüzü bir neçə dəqiqə sonra ilıq su ilə yuyun.

Rahatladıcı losyon
1 ədəd çobanyastığı çiçəyi
2 yemək qaşığı bal
1 balaca xiyar
1 yemək qaşığı süd
Bir fincan çobanyastığı çayı hazırlayın və soyumağa qoyun. Dilimlədiyiniz xiyarların suyunu çıxarın. Bal və südü xiyarın suyuna əlavə edin. Əldə etdiyiniz losyonu pambıqla üzünüzə üzünüzə çəkin. Sonda isə üzünüzə soyumuş çobanyastığı çayı ilə yuyun.


Tarix: 16.06.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...