"Bir, iki, üç" (ing. One, two, three) — rejissor Billi Uaylderin filmi.Mündəricat
1 Məzmun
2 Mükafatlar və nominasiyalar
2.1 Nominasiyalar
2.1.1 1961-ci ilin "Oskar" mükafatı:
2.1.2 1961-ci ilin "Qızıl Qlobus" mükafatı:
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Filmi səsləndirənlər
Məzmun
Mak Namara "Koka-Kola" şirkətinin yüksək vəzifəli əməkdaşıdır. Şirkətin Qərbi Berlindəki nümayəndəliyinin sədridir. O, bu şirkətin bütün Avropadakı filiallarının rəhbərliyini öz əlinə almaq və Londona köçmək arzusundadır. Mak Namaranın müdiri ondan Berlinə gəlmiş 17 yaşlı qızı Skarletin qayğısına qalmağı xahiş edir. Bu səfəri zamanı Skarlet heç kimə demədən Şərqi Berlin kommunisti Ottoya ərə gedir. İndi Mak Namara onların nikahını pozmaq üçün əlindən gələni etməlidir. Lakin ortaya Skarletin hamilə olması məsələsi çıxır. Ona görə də indi artıq Mak Namaranın qarşısında Ottonu Şərqi Almaniya həbsxanasından çıxarmaq və ondan kapitalist fikirli adam yaratmaq vəzifəsi durur.
Mükafatlar və nominasiyalar
Nominasiyalar
1961-ci ilin "Oskar" mükafatı:
Ən yaxşı operator işinə görə – Deniel L. Fepp
1961-ci ilin "Qızıl Qlobus" mükafatı:
Ən yaxşı komediya filminə görə
Ən yaxşı ikinci plan qadın roluna görə – Pamela Tiffin
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Billi Uaylder, İ.A.L. Daymond
Rejissor : Billi Uaylder
Operator : Deniel L. Fepp
Bəstəkar : Andre Previn
Prodüser : Billi Uaylder
Rollarda
Ceyms Keqni – Mak Namara
Horst Buhhols – Otto Lüdviq Piffl
Pamela Tiffin – Skarlet Hazeltin
Arlin Frensis – Fillis Mak Namara
Lilo Pulver – İneqborq
Hovard St. Con – Uendell P. Hazeltin
Hanns Lothar – Mak Namaranın köməkçisi Şlemmer
Leon Askin – Perepetçikov
Ralf Uolter – Borodenko
Karl Liffen – Fris
Hubert fon Meyerink – Drost Şattenburq
Lois Bolton – Melani Hazeltin
Piter Kepell – Mişkin
Til Kiue – məruzəçi
Henninq Şlüter – Bauer
Karl Lüdviq Lindt – Zeydlits
Tarix: 21.02.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Filimler