Hellouin 3: İfritənin mövsümü (ing. Halloween III: Season of the Witch; tələffüz: hæləʊ'ɪ:n 'si:zn ɒv ði wɪtʃ) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir.[2] "Hellouin" seriyasının üçüncü filmi olan qorxu filmidir. Tommi Li Uolles tərəfindən çəkilən filmin baş rollarında Tom Atkins, Steysi Nelkin ve Den O'Herli vardır.
Film Nigel Knilenin orijinal ssenariyası əsasında götürülmüş ve Hellouin Bayramı gecesi ABŞ-lı uşaqları qazı, balqabaq, kəllə maskasıyla öldürmək istəyən bir master Fabrika sahibi Konal Koxrandan mövzu alır. Filmin mövzusu Maykl Mayers ve Lri Stroyd ətrafında geçməyən seriyanın tek filmi olub, "Hellouin" seriyasını öz ili üçün fərqli bir film hazırlanmışdır. Ayrıca filmdə Maykl Mayers olmadığı üçün orijinal film olan 1978-ci il tarixli Xarici Hellouin filminin ortaya çıxardığı slasher janrından fərqlənir. Digər bir tərəfdən xarakterlərin ölümlərini göstərən səhnələrin şiddətli qalmasına baxmayaraq qrafik baxımından şiddətin sıxlığı, seriyanın ikinci filmi 1981-ci il tarixli "Hellouin 2" filminə görə daha azdır.
Film 2.5 milyon ABŞ dolları bir büdcə ilə Universal Pictures studiyası tərəfindən istehsal edilmişdir.ABŞ film satışında yalnız 14.4 milyon qazanaraq seriyaların ən aşağı qazanclı filmi olmuşdur.[3] Bu film çox filmlərlə baştan başa qarışdırılmışdır. Filmin istehsal edilməsindən iyirmi il sonra bir tənqidçi belə söyləmişdir: "Hellouin 3" filmi seriyanın bir hissəsi olmasaydı, bu filmin 1980-cı illərdə Qorxulu filmlər sırasına daxil edilməzdi". Mədəniyyət ve film tarixçələri filmin ssenarisini böyük Şirketler ve Amerika studiyaları tərəfindən tənqid etmişdir. Bütün bunlara baxmayaraq film onu başqa "Hellouin" filmlərindən ayıran bir izləyici kütləsinə də malikdir.
Filmin mövzusu əvvəlki seriyalardan fərqlənir. Dəlisov oyuncaqlar konstruktoru Hellouin bayramında milyon uşaqlardan hər birini qurbanına çevirmək istəyir. Bunun üçün «Balqabaq» adlanan maska partiyası düzəldir. Bu plan isə yalnız "Bütün müqəddəslərin günü"ndə baş verir.Mündəricat
1 Teqlayn və ya başlıca sitat
2 Seçilmiş sitat
3 Məzmun
4 Film heyəti
4.1 Rollarda
4.2 Film üzərində işləyənlər
5 Maraqlı faktlar
6 Hazırlanma
7 Ssenariya
8 Kadr
9 Çəkiliş
10 Musiqi
11 Saundtrek
12 Ölkələrdə çıxış tarixi
13 Digər dillərdə
14 Mükafatlar
15 Yayımlanma
16 Filmin seriyaları
17 Həmçinin bax
18 Ədəbiyyat
19 İstinadlar
20 Xarici keçidlər
Teqlayn və ya başlıca sitatOvsun kompyuter erasına daxil olur və başqa terror başlayır. (ing. Witchcraft enters the computer age, and a different terror begins.)
Gecə vaxtı heç kəs evə gəlmir. (ing. The night no one comes home.)
Hellouin qorxusu davam edir. (ing. The Halloween horror continues.)
Seçilmiş sitatÇellis: Onu söndürün! Bəsdir! Bəsdir! (ing. Challis: Turn it off! Stop it! Stop it!)
Məzmun
Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.
23 Oktyabr Şənbə günü. Axşam saatlarında, bir dükan sahibi olan Harri Qrimbric (Al Berri), bir qrup kostyumlu əsrarəngiz adam tərəfindən təqib edilir. Bir saat sonra zənci birinin işlətdiyi bir benzin stansiyasına sığınır və əlində bir balqabaq maskası vardır. Benzindoldurma məntəqəsi sahibi (Essex Smit) onu xəstəxanaya aparır. Harri Qrimbric xəstəxanada "Bizi öldürəcəklər. Hamımızı." deyir. Xəstəxanada Harri Qrimbric ilə Həkim Den Çellis maraqlanmaqdadır. Harri Qrimbric Xəstəxanada olan zaman otağına naməlum bir adam girir və Harrini öldürür. Bu sırada Çellisi otağında yuxu aparır. Cinayəti görən Tibb bacısı Aqnes (Meydi Norman) qışqırır və Çellis oyanıb həmin naməlum adamın arxasınca qaçmağa başlayır. Naməlum adam avtomobilinə minib, üzərinə benzin tökərək özünü yandırır və ölür.
Filmin çəkildiyi Humbolt ətrafı (Kaliforniya)
Sabahısı gün, 23 Oktyabr Bazar günü, səhər saatlarında Harri Qrimbricin qızı Elli xəstəxanaya gəlir və atasının cəsədini görür. Çellis əvvəldən arvadı və uşaqları ilə birlikdə olacağına söz vermişdir. Lakin bu hadisələrdən sonra xəstəxanada qalmağa qərar verir və bir sonrakı Şənbə günü üçün ailəsinə söz verir. 27 Oktyabr Çərşənbə günü Çellis, iş yoldaşı Teddidən (Vendi Uessberq) özünü yandıran adamın cəsədini araşdırmasını istəyir. 29 Oktyabr Cümə günü Çellis bir Barda tək başına yaşayır. Bara Çeallis'in xəstəxanada qarşılaşdığı Elli gəlir və burada tanış olurlar. Çellis Elli ilə birlikdə onun atasının dükanına gedir. Elli burada atasının ölümü haqqında Dedektivlik etməkdədir. Buradakı qeydlərə görə Harri Qrimbric, 18 Oktyabr günü tacirlər yığıncağına, 19 Oktyabr günü futbol matçına və 20 Oktyabr günü maska almaq üçün Kaliforniyaya aid Santa Miradaki "Gümüş Yonca Fabrikası"na getmişdir. Çellis Elli ilə cinayəti araşdırmaq üçün Santa Miraya getməyə qərar verir. Arvadını axtarıb Şənbə günkü görüşməni ləğv edir. Elli və Çellis Santa Miraya yola düşürlər.
Santa Mira 1887-ci ildə bir cütçü birliyi tərəfindən qurulmuşdur. İkinci Dünya müharibəsindən sonra İrlandiyalı Konal Koçran "Gümüş Yonca Fabrikası"nı quraraq buranı bir oyuncaq fabrikinə çevirmişdir. Elli və Çellis, Santa Miraya çatdıqları zaman buradakı bir oteldə qalmağa qərar verirlər. Elli qalacaqları otaqda motel müdiri Cənab Rafferti (Maykl Küri) ilə danışarkən Çellis motel qeydlərinə baxır və otelə Harri Qrimbricin qaldığını görür. Otelə 40 dollar ödəyir. Burada digər motel müştərilərindən San Fransiskoya dükan işlədən Marcin Quttman (Qarn Stivens) və Kupfer Ailəsindən: Baddi (Ralf Stret), Betti (Cadin Barbor) və oğulları "Kiçik" Baddi (Bredli Şekter) ilə tanış olurlar. İkili xaric geriyə qalanlar bu qəsəbəyə Gümüş Yonca'dan maska almağa gəlmişdir.
Axşam Elli və Çellis birlikdə olurlar. Saat 18:00 olduğunda Santa Mirada küçəyə çıxma qadağan olunur. Çellis qəsəbədəki bir marketə içki almağa gedir. Dükanı axtararkən küçələrin birində bir naməlum adamla qarşılaşır. Çellis soruşduğunda adam Koçranı sevmədiyini dilə gətirir. Çellis uzaqlaşdıqdan sonra həmin adam naməlum bir qrup kostyumlu adamlar tərəfindən başı qopardırılaraq öldürülür. Bu sırada Elli, Marcin Quttman ilə danışır. Ardından Elli motel otağına girir və duş alır. Çellis isə telefonla Teddi ilə danışır. Çellis öyrənir ki, cərrrahiyyə əməliyyatında edilən yarılma nəticəsində cəsəddən yalnız plastik və metal parçalar çıxmışdır. Çellis motel otağına geri dönür. Yenidən Elli ilə birlikdə olur. Marcin Quttman isə otağında maskalardan olan metal etiketlərin birini yoxlayırdı. Etiketdən çıxan şüa nəticəsində Marcin Quttman yaralanır. Elli və Çellis çölə çıxırlar. Çellis həkim olduğu üçün ona kömək etmək istəyir. Lakin "Gümüş Yonca Fabriki"ndən gələn həkimlər buna icazə vermirlər.
Çellis və Elli
Sabahısı gün, 30 Oktyabr Şənbə günü, səhər saatlarında Çellis Teddini axtarır. Teddi külləri araşdırmağı yeni bitirmişdir və bir insana aid heç bir şey tapa bilməmişdir. Elli və Çellis, "Gümüş Yonca Fabrikası"na gedirlər. Özlərini Kişi və Qadın Smit kimi tanıdaraq Kupfer Ailəsi və Konal Koçran ilə fabriki gəzirlər. Zavod çıxışında Elli fabrikin yaxınlığındakı bir qarajda atasının avtomobilini görür. Elli avtomobilin yanına doğru gedir. Lakin burada naməlum bir qrup kostyumlu adam tərəfindən dayandırılır. Elli və Çellis motel otağına dönürlər. Elli əşyalarını yığışdırmağa başlayır və Çellis polisi axtarmaq üçün motel müdiriyyətinə gedir. Lakin buradakı telefon ilə danışa bilmir. Motel otağına döndüyü zaman Ellinin otaqda olmadığını görür. Çöldə naməlum bir qrup kostyumlu adam vardır və motel otağına doğru gəlirlər. Adamlardan biri otağının qapısını qırır. Çellis otağın arxa pəncərəsindən çölə çıxır və qaçmağa başlayır. Zavod yaxınlğındakı bir qaraja bir avtomobilin girdiyini görür. Bir qrup kostyumlu adam avtomobilin içindən Ellini çıxarırlar və qarajın qapısı bağlanır. Çellis bir telefon daxmasına gedir. Lakin burada da danışa bilmir. Ardından Çellis açıq bir pəncərədən fabrikin içinə girir. Fabrikin içində gəzərkən bir otaqda yaşlı bir qadın görür. Ondan Çellis Ellinin harada olduğunu soruşur və qadını sarsıdır. Qadının başı qopur. Qadın əslində bir robottur. Ardından Çellisin üzərinə kostyumlu adamlardan biri hücum edir. Çellis ilə həmin maskalı adamla döyüşərkən, onun qarnına çoxlu zərbələr vurmağa başlayır. Bu zaman adamın qarnı dəlinir. Qarnının içindən kabel çıxir və adam ölür. Otağa Konal Koçran ilə bərabər iki adam girir və Çellisi tuturlar. Çellis bu adamların android olduqlarını başa düşür.
Sabahısı gün, 31 Oktyabr Bazar, Hellouin bayramı günü, səhər saatlarında Koxran, android adamları ilə Çellisi fabrikdə gəzdirir. Bu adamların içinin android olub, xaricidən maska olaraq edilmişlər. Elli və Xanım Quttman da bir otağa bağlanılmışdır. Ayrıca Kupfer Ailəsi də bir test otağına yerləşdirilmişdir. Burada Kiçik Baddi, "Gümüş Yonca" maskasını taxmış "Gümüş Yonca" reklamını izlərkən başı əriyir. Başından böcək və ilan kimi canlılar çıxmağa başlayır. Bu ilanlar Betti və Baddi Kupferi öldürür. Bu sırada Çellis olanları kamera vasitəçiliyi ilə bir televiziyadan izləyir. Çellis də bir otağa bağlanılır. Digər tərəfdən Teddi xəstəxanada bir android tərəfindən öldürülmüşdür. Koxran, Çellisin başına bir "Gümüş Yonca" maskası taxır və televiziyanı açır. Ona köhnə Kelt adətlərindən bəhs edir. Çellis dərhal bir şeylər etməzsə, Kiçik Baddi kimi öləcəkdir. Koçranın otaqdan çıxmasının ardından, Çellis ayaqları ilə televiziyanın şüşəsini qırır. Əllərinin bağını kəsir və başındakı maskanı kameraya atır. Maska tam olaraq kameranın üstünü örtür. Çellis ventilyasiya boşluğundan qaçır. Fabrikdəki bir telefon ilə arvadını axtarıb maskalardan xilas olmalarını söyləyir. Lakin nəticə ala bilməz. Çellis fabrikin içində Ellinin bağlı olduğu otağı tapır və onu xilas edir. Onlar birlikdə maskaların çıxarıldığı yerə gedirlər. Çellis maskalerdeki öldürücü marka etiketlərinin olduğu qutunu alır. Maskaların çıxarıldığı yerin üstünə çıxaraq, etiketləri aşağıya atmağa başalyır. Koçranın da daxil olduğu bütün Android qrupu ölür. Fabrikdə böyük bir partlama baş verir. Çellis və Elli partlayışdan qaçırlar. Onlar vtomobillərinə minərək qəsəbədən uzaqlaşırlar.
Çellis, Ellinin normal olduğunu düşünür. Halbuki, Konal Koçran, Ellini qaçırınca, onu da androidləştirmişdir. Elli Çellisə hücum edir. Çellis, Ellinin başını kəsərək onu öldürür. Çellisin etməsi lazım olan son vəzifə kanallarda nəşr olunan reklamı dayandırmasıdır. Çünkü, ölkədəki bir çox uşaq bu maskalardan almışdır. Əgər başlarına maskalarını taxıb reklamı izlərlərsə, sonları Kiçik Baddi kimi olacaqdır. Çellis Elli ilə döyüşərkən əraziyə düşmüşdür. Buna görə yaxınlardakı Harri Qrimbricin də sığındığı benzin stansiyasına gedir. Benzin stansiyasındakı telefondan kanallardaki reklamları dayandırmalarını istəyir. Bir neçə kanal nəşri durdurmuştur. Lakin 3 Televiziya Kanalı hələ də reklamı yayımlayır. Çellis də telefonda; "Onu söndürün! Bəsdir! Bəsdir!" deyir.
Film heyəti
RollardaTom Atkins: Həkim Daniel Çellis[4]
Steysi Nelkin: Elli Qrimbric [5]
Cadin Barbor: Betti Kalfer
Ralf Streyt: Baddi Kapfer
Maykl Karri: Rafferti
Den O'Harley: Konal Koçran [6]
Bred Şakter: Baddi Kapfer-kiçik
Nensi Kiz: Linda Çelliz
Harn Stivens: Marc Qattman
Conatan Terri: Starker
El Barri: Harri Qrimbric
Uenddi Uessberq: Teddi
Esseks Smit: Uolter Cons
Meydi Norman: Aqnes (tibb bacısı)
Con MakBrayd: Şerif
Film üzərində işləyənlərSsenarist: Tommi Li Uolles və Naycel Kinel
Rejissor: Tommi Li Uolles
Operator: Din Kandi
Prodüser: Con Karpenter, Debra Hill, Mustafa Akkad, Yozef Vulf, İrvin Yablans, Dino de Laurentis
Rəssam: Piter Ceymison və Linda Sfiris
Bəstəkar: Con Karpenter və Alan Hovart
Montaj: Milli Mur
Maraqlı faktlar
Con Karpenter öyrənəndə ki, Tommi Li Uolles neçə qanlı səhnələr əlavə edəcək, bu zaman xahiş edir ki, onun adını titrdə (film başlığında və sonluğunda yazılmış, özündə film heyətləri və rolları ifa edənlərin yazıldığı kadrlar) qeyd etməsinlər.
Con Karpenter istəyirdi ki, hər il "Hellouin" seriyasının yeni süjetli bir filmi çıxsın. Lakin film çəkildikdən sonra gəliri əvvəlki seriyalarına görə nisbətən aşağı olur. Bu səbəbdən Con Karpenter "Hellouin 2" filmindəki Maykl Mayersi yenidən filmin dördüncü seriyasına geri qaytarır.
İlk filmin mövzusu ilə əlaqəli bu filmdə heç nə yoxdur. Hətta, filmdə Maykl Mayers və Lori Stroud personajları da yoxdur.
Filmin sonuncu epizodların birində görünür ki, televiziyada 1978-ci ildə çəkilmiş orijinal "Hellouin" filmi gedir.
Filmin gəliri $2.5 milyon dollardır.[7]
Filmin büdcəsi $14,400,000 milyon dollardır.[8]
Filmin cəmi 12 saundtreki var idi. Sonralar ayrıca saundtrek satışa çıxdıqdan sonra daha 13 saundtrek əlavə edilmişdir.[9]
Orijinal nağılın yazıçısı Naycel Nildir. Lakin film çəkildikdən sonra film heyətlərini məhkəməyə verərək, adını filmdən götürməyi tələb edirdi. Ona görə ki, Naycel fikirləşir ki, onun nağılı çox qəddarcasına çəkilmişdir.[10]
Süd zavodundan "Gümüş Yonca" fabrikasının düzəldilməsi üçün istifadə edilmişdir.
Filmdəki Marc Qutman personajı ölümündən əvvəl moteldə yazıçı Karlos Kastanedanın "Qartal vergisi" əsərini oxuyur.
İrlandiyalı Konal Koçran rolunu ifa edən Den O'Harley həqiqətən də irlandiyadandır.
Hazırlanma
Orijinal filmin yazıçıları Con Karpenter və Debra Hill, yeni və üçüncü bir Hellouin filmi çəkməyi istəksizcə qarşılamışdır. "Fangoria" jurnalına görə Karpenter və Hill çəkiləcək filmdə Maykl Mayers olmayacaq və "Hellouin 2" filminin birbaşa davamı olmayacaqdır. Orijinal filmin prodüserləri İrvin Yablans və Mustafa Akkad, film üçün 2,5 milyon dollarlıq bir büdcə ayırmışdırlar.
Şəxsi efekt mütəxəssisi Don Post, film üçün rezin maskalar olan qara ağ kəllə maskası, yaşıl cadugər maskası və narıncı balqabaq maskasını hazırlamışdır. Debra Hill, Aljean Harmetze belə demişdir:
"Səhnə vəsaiti üçün çox çox pulumuz yox idi, onun üçün Studiya rəhbərindən soruşduq ki, yəqin ki, biz yeni film üçün təzə maska düzəldəcəkdir.[11]
Kəllə və cadugər maskası Studiyaya aid olub, balqabaq maskası Hellouin 3 filmi üçün xüsusi olaraq istehsal edilmişdir.[12]Aşağıdakı sitat filmdəki maskaların gerçək dünyadakı bənzərləriylə olan əlaqəsini açıqlamaqdadır:
Tarix boyunca var olmuş hər birlik, onun ruh halını əks etdirən maskalara sahib olmuşdur. İnsanlar içlərindəki qorxu, kədər, sevinc və yaşlılıq kimi duyğuları xaricə vurmaq istəyirlər. Bu günün Amerikası üçün kədərləndirici bir fakt varsa, o da qorxu maskalarının satış rekordları qırmasıdır.[13]
Filmin böyük bir qisimi Kaliforniyanın Humboldt əyalətində bağlı sahil qəsəbəsi Loletada çəkilmişdir. "Gümüş Yonca Fabriki" üçün Loreta qəsəbəsindəki süd hazırlama fabriki "Familiar Foods" fabrikindən istifadə edilmişdir. Lakin xüsusi efektler, tüstü və partlamalar Studiya tərəfinən hazırlanmışdır.
Ssenariya
Filmi hazırlayanlar filmin ssenariyasını fantastika yazıçısı Nigel Knilinin yazmasını istəmişdir. Çünki, Karpenter, Knilinin "Quatermass" adlı filmi çox bəyənmişdir. Knil, hadisənin "qorxu üçün qorxunu" ehtiva etmədiyini söyləmişdir. Knil danışmasını belə davam etdirmişdir:
"Ana əhvalat, fiziki şoklardan çox aldadılma və psixoloji şoklarla əlaqədar idi."
Knil, filmin paylama haqqlarını əlində tutan kino şirkəti Dino De Laurentiisin filmdə daha çox vəhşilik və qan ünsürü istifadə istədiyini ifadə edir. Ssenariyanın böyük bir qismi eyni qalsa da, edilən dəyişiklikləri qəbul etməyən Knil, adının filmdə əməyi keçənlər siyahısından qaldırılmasını istəmişdir. Bunun üzərinə rejissor Tommi Li Ualles filmi tamamlamaq üzrə işə başlamışdır.[14] [15][16]
Uolles, Fangoriyaya[17] etdiyi şərhdə filmin adının filmdə istifadə edilən üç maska və seriyanın digər filmləri göz önünə alınaraq qoyulduğunu söyləmişdir. Ualles, Karpenter və Hillin "Hellouin" seriyalarının ardıcıllığını "Gecə Qalereyası" və "Alacaqaranlıq Region" bənzəri bir seçkilər çevirmək istədiyini açıqlamışdır. Hər il "Hellouin" bayramının dövrünün fərqli bir istiqaməti vurğulanacaqdı. Debra Hill, Fangoriyayla etdiyi açıqlamada, filmin çox sərt səhnələr ehtiva etmədiyini söyləmişdir. Ualles başqa bir yüngül film olan "Bədən Oğruları İşğalında" filmindən ilhamlanmışdır. Santa Mira, bu filmin quruluşunu meydana gətirməkdə idi. Eyni xarakter, "Hellouin 3" filmində də istifadə edilməkdədir. İki film, ssenariya baxımından bir-birinə çox bənzərdir. Film sonlarındakı pessimist hava da diqqət çəkicidir. "Hellouin 3" filminin alt başlığı Corc A. Romeronun ikinci filmi "Hellouin" filmindən gəlməkdədir. Ancaq filmin ssenariyası, Romeronun filmində cadugərlər komandasına qatılan bir ev xanımını izah edən hadisəyə heç bənzəmir.
Tarixçi Nikolas Rocers, "Hellouin 3" filminin ardıcıllığının qurbanlıq anlayışına möhkəm şəkildə toxunan tək filmi olduğuna diqqət çəkir. Film tənqidçisi Cim Harper isə Uallesin ssenariyasını "çox əskik" olaraq xarakterizə etməkdədir. Harper belə bir ifadə söyləmişdir:
"Stonehencdən bir parça oğurlayıb Atlantiki gizlicə keçmək ola biləcək şey deyildir. ABŞ-da dörd fərqli zaman hissəsi var və qərb lənətli təqdimatı alması üçün dörd saatı var. Bu çox yaxşı bir plan deyil."
Harper, tənqidlərinə tək deyildi. Çikaqo Sun-Timesdə Rocer Ebert bunları söyləmişdir:
"Koçranın Planı nə? Uşaqları öldürmək və onları robotlarla yer dəyişdirmək? Niyə?"[18]
Kadr
"Hellouin 3" filminin heyəti, müxtəlif televiziya seriallarında kiçik rol alan aktyorlara əsaslanır. Tom Atkins və əməkdar aktyor Dan O'Herlininn filmdə iştirak etməsi bu vəziyyətin istisnasıdır.
Filmdəki bir həkim olan Daniel Dün Çellisin rolunu canlandıran Tom Atkins, daha əvvəl bir neçə dəfə Con Karpenter filmində rol almışdır. Atkins, 1980-cı il tarixli "Səs" filmində Nik Kastl rolunu, 1981-ci il tarixli elm fantastika filmi "Nyu Yorkdan qaçış" filmində rəhmçi rolunu canlandırmışdır. Tom Atkins televiziya seriallarında qonaq oyunçu olaraq rol almışdır. Atkins, "Fanqoriya" jurnalına verdiyi açıqlamada filmin qəhrəmanını oynamaqdan xoşlandığını söyləmişdir. Qorxu filmlərinin dəyişməz oyunçusu olaraq:
"Yalnız qorxu filmlərindən karyeramda istifadə etməkdə heç bir qorxu görmürəm." deyə əlavə etmişdir.
"Hellouin 3" filmindən sonra Atkins, film və televiziya seriallarında qonaq oyunçu olaraq rol almağa davam etmişdir. Steysi Nelkin, filmdə atası Koçran tərəfindən öldürülən gənc bir qadın olan Elli Grimbric rolunu canlandırır. Filmdə çalışan makiyajçı ona səs imtahanlarında bəhs etdikdən sonra rolu qazanmışdır. Bir açıqlamada, Nelkin xarakteri üzərinə bu şərhi etmişdir:
"Elli, çox cəsarətli və əzmli qız idi. Hər nə qədər özümün bu xüsusiyyətlərə sahib olduğunu düşünməkdən xoşlansamda da, ssenariya da bu şəkildə yazılmışdı."
Nelkin, Ceymi Li Körtisin varisini oynamağı bir qürur olaraq görməkdə idi. Film tənqidçisi Rocer Ebertə görə Nelkinin bu şərhi çox gözəl səslənir. Ebert belə demişdir:
"O, zəngin prodüserlərə daha yaxşı bir rol istədiyini söyləyə bilərdi ... Başının yox olmadığı son səhnədə də pis oynayır".
Qrimbric rolundan əvvəl Nelkin, bir sıra televiziya seriallarında oynamışdır. "Hellouin 3" filmindən sonra Nelkin, yenə televiziyalarda işə davam etmişdir.
Əməkdar İrlandiyalı aktyor Den O'Harleyi, filmin adında bəhs edilən cadugər olan "Gümüş Yonca Fabrikası"nın sahibi Konal Coçranın rolunu ifa edir. (Knilinin orijinal ssenariyasında 300 yaşında bir şeytan). O'Harley, məşhur olmadan əvvəl 150-yə yaxın filmdə rol almışdır və 1954-cü ildə "Robinson Kruzun Macəraları" filmindəki performansı ilə Akademiya Mükafatına namizəd göstərilmişdir. 2005-ci ildə ölümündən əvvəl iyirmi film və televiziya serialında oynamışdır. O'Harley, "Starloq" jurnalına verdiyi müsahibədə filmin tamamlanmış halından çox məmnun qalmadığını qəbul etmişdir. O'Harley bir qorxu filmində iştirak etməsi ilə əlaqədar düşüncələri isə belədir:
"Cənubi İrlandiya aksentindən istifadə etməkdən xoşlanıram. "Hellouin 3" filmində bunu etdim və rolumu zövq alaraq oynadım."
Köməkçi oyunçuların iki nəfər, "Hellouin" filminin ardıcıllığında iştirak etmişlər. Nensi Kayes, Çellisin köhnə arvadı Linda rolunu oynamışdır. O, orijinal film olan "Hellouin" filmində Lori Strodun yoldaşı Enni Brekett rolunda oynamışdır. Dublyor Dik Varlok, "Hellouin 2" filmində Maykl Mayersin rolunda oynamışdır. Bu filmdə Çellis tərəfindən məğlub edilən bir qatil Android rolunu canlandırmışdır.
Çəkiliş
Film, Tommi Li Uollesin rejissorluq etdiyi ilk filmdir. Ancaq Ualles, "Hellouin" filminin ardıcıllığına tək daxil deyildi. Uolles, Con Karpenterin bu filmində sənət rejissoru və dizayner olaraq çalışmış və 1981-ci ildə özünə təklif edilən "Hellouin 2" filmi üçün rejissorluq təklifini geri çevirmişdi. Ualles, "Hellouin 3" filmindən sonra "Qorxu Gecəsi 2 (1988)", "Vampirlər 2 (2002)" və Stiven Kinqin eyni adlı romanından uyğunlaşdırılan "O (1990)" filmi kimi qorxu filmlərinə də rejissorluq etdi.
Film iştirakçıları Uollesin ssenariya yazıçısı Nigel Knil ilə yaşadığı anlaşılmazlıqlara qarşı uyğun bir rejissor olduğunu düşünürdülər. Steysi Nelkin bir reportajda belə danışmışdır:
"Çəkiliş tamamilə əyləncəli idi. Tommi Li Uolles iştirakçılara yanaşmasında içdən davranırdı."
Uolles, "Hellouin" seriyasının digər filmlərindən qopan bu üçüncü filmi müxtəlif forma və ya silsiləyə qazandırmaq istəyirdi. Film, "Hellouin" və "Hellouin 2" filmlərinə bənzər şəkildə rəqəmsal olaraq canlandırılmışdır. Uallesin "jack-O'-lantern" maskaları etkinleştiren Silver Şamrokun reklamlarındaki studiya idi. Xüsusi filmə edilən forma göndərmələri Həkim Şellisin bir maskanı təhlükəsizlik kamerası qarşısında atdığı səhnə idi. Bu, gənc Maykl Mayersin qız qardaşını bir kloun maskası geyərkən öldürməsini təsdiqləyirdi. Filmdə Hellouin bayramının yaxınlaşan bayram əvvəlində viziona girəcəyinə dair bir reklamdan da söz edilməkdədir.
Uollesin bu filmdəki qan ünsürü istifadəsi "Hellouin 2" filmindən fərqli idi. Tom Atkins, bu filmdəki effektlerin qanlı olmadığını, əksinə bu cür bir istifadənin ən yaxşı nəticə verdiyini düşünməkdədir. Şəxsi efekt və makiyaj mütəxəssisi Tom Burma isə bu filmin insanların mədəsini bulandırmaq məqsədiylə çəkilmədiyindən və filmin içində bir çox qorxu səhnəsi saxlayan bir komediya olduğunu ifadə etmişdir.[19][20] İstifadə edilən xüsusi effektlerin çoxu əhvalata dad qatan praktik zarafat ünsürünü vurğulayır. "New York Times" film tənqidçisi Vinsent Kanbinin filmin bir çox diqqətlə tətbiq qorxuducu effekt sahibi olduğunu söyləmişdir. Kanbi, Uallesin rejissorluğunu bu sözləri ilə tərifləmişdir:
"Uolles səhnəyə qoyduğu ünsürlər mövzusunda xüsusi bir qabiliyyətə sahib və o, bu işi yaxşı edir."
Ayrıca filmdə; 1974 BMW 2002, 1971 Cadillac Fleetwood 75, 1976 Chevrolet Chevelle Malibu, 1976 Chevrolet Monza, 1981 Oldsmobile Cutlass Supreme, Peterbilt 352, 1952 Porsche 356 Coupe, Ağ-Freightliner WFT 7564 və 1975 Winnebago Indian marka vasitələrindən istifadə edilmişdir.[21][22][23][24]
Musiqi
Musiqi, filmin atmosferi baxımından əhəmiyyətini qorumuşdur. Filmdə, sseriyanın digər filmlərində olduğu kimi bir sinfoniya olur və musiqi, tamaşaçıların "saxta qorxularını" təhrik edici xüsusiyyətdədir. Film musiqiləri ilk filmində də vəzifə almış olan Con Karpenter və Alan Hovart tərəfindən bəstələnmişdir. "Hellouin 3" filmindəki musiqilərin mövzusu xüsusi mövzudan qəti olaraq ayrılır. Karpenter, qulağa xoş gələn piano melodisinin yerinə elektron cihazlarla çıxarılan və fərqli tonlara sahib bir parça qoymuşdur. Alan Hovart filmin musiqilərini birlikdə etdiyi Karpenterlə olan dostluğunu aşağıdakı kimi izah edir:
Musiqini qəbul etmə biçimlərimiz musiqiləri ifa edə-edə formalaşdı. Bunun səbəbi, filmin bütün musiqilərini elektron birləşdirici köməyiylə hazırlamağımızıydı. Bu işin tekdüze bir prosedurası vardı. Biz filmi izləyərkən qarşımızdakı görünüş kadrlarına uyğun musiqiləri hazırlayırdıq. Bu əməliyyat çox sürətlə gedirdi.
Film musiqilərinin unutulmazlarından biri də Silver Şamrok Hellouin maskası reklamındakı zəng səsi idi. "London Körpüsü düşür" musiqisinə bənzər bir tona sahib olan reklam, Hellouin bayramına yalnız səkkiz gün qaldığını ifadə edir və Tommi Li Uallesinn səsindən bütün uşaqlara bir Silver Şamrok maskası almalarını nəsihət edirdi:İngiliscə
Eight more days 'til Halloween
Halloween, Halloween
Eight more days 'til Halloween
Silver Şamrok.[25]Azərbaycanca
Səkkiz gün qaldı Hellouinə
Hellouinə, Hellouinə.
Səkkiz gün qaldı Hellouinə
Silver Şamrok.
Tarix: 18.02.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 847 Bölmə: Filimler