Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxudan qaçma (film, 1984)

Yuxudan qaçma - 1983-cü ildə istehsal olunmuş ABŞ qorxulu filmidir.

Məzmun

19 yaşı ötmüş Aleks Qardner yuxugörəndir. Bu bacarığından Aleks ilk zamanlar əyləncəli kart oyunlarını qazanmaq üçün istifadə edir. Amma bir müddət keçdikdən sonra oyunların birində mafiya qrupu ilə toqquşur. Bu səbəbdən Aleks hökümətə işləyən gizli təşkilata qatılmağa məcbur olur. Araşdırma zamanı aydın olur ki, Aleks paranormal gücü ilə digər insanların yuxusuna girməyi bacara bilər. Aleks elə başa düşürdü ki, bu eksperimentlər aydın şəkildə aparılacaq və yuxudan əziyyət çəkən insanlara kömək edəcəkdir. Getdikcə Aleks bu təşkilatdan şübhələnməyə başlayır. Aleks öyrənir ki, müştərilərdən biri yuxuda ürək tutmasından vəfat etmişdir. Bu hadisədən sonra Aleks bu təşkilatın heç də insanların xeyri üçün lazımı işlər görmədiyini başa düşür. Bu təşkilatın əsas məqsədi ABŞ prezidentinin yuxusuna girərək onu öldürməkdir. Təşkilatda işləyən ekstrasenslərdən biri prezidentin yuxusuna girməli və onu öldürməlidir. Bu müddətdə Aleks həmin ekstrasensə mane olmağa çalışır...


Tarix: 20.02.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Filimler
loading...