Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arxadan vurulan zərbə (film, 1977)

Məzmun
Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur.
Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar.

Film haqqında
Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub.
Film ali kateqoriyaya layiq görülüb.
Film Elçinin "Ox kimi bıçaq" povesti əsasında çəkilib.
… Hər filmdə olduğu kimi "Arxadan vurulan zərbə"də də çətin anlar, çətin dəqiqələr olurdu. Hətta həmin çətinliklər son məqamda faciə ilə də nəticələnə bilərdi. Belə bir faciəli anı Rafiq Əzimov da yaşayıb. "Bıçaq atılan kadrda faciəli bir variant əmələ gəlmişdi. Belə ki, həmin kadrda mənim arxamca atılan bıçağı mən görmürdüm. Sadəcə olaraq bıçaq arxadan atılan zaman rejissor mənə "əyil" komandası verirdi və mən də tez əyilirdim. Filmdə bıçağı sərrastcasına atan sirk artisti idi. Və çəkiliş vaxtı birinci komanda bıçağı atan sirk artistinə verilirdi, ikinci, "əyil" komandası isə mənə verilirdi. Həmin kadr iki dubl çəkildi. Üçüncü dublun daha da effektli alınması üçün rejissor mənə "əyil" komandasını bir az gec verdi. Və rejissorun gec "əyil""komandası verməsi az qala bıçağın mənim düz başımdan sancılmasına səbəb olacaqdı. Təsəvvür edin ki, mən düz yolumla gedirəm və baş verəcəklərdən də heç bir xəbərim yoxdur. Ona görə ki, mənə arxaya baxmağa icazə verilmirdi. Elə həmin kadrda yaradacı heyətin həyəcanla ayağa qalxaraq mənə vahimə ilə baxmasının şahidi oldum, onda başa düşdüm ki, nələr baş verib. Xoşbəxtlikdən heç bir zədə almadım. Sən demə bıçaq düz saçımın üstündən keçibmiş. Sonra yaradıcı heyət məni əhatəyə alaraq diqqətlə başımı yoxladılar ki, görsünlər, zədə almışam, yoxsa, yox"…. ("Arxadan vurulan zərbə: Rasim Balayevi ad günündə "öldürdülər", Ekspress qəzeti, 31.07.03, Ulduzə Qaraqızı).

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Elçin
Quruluşçu rejissor : Arif Babayev
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs operatoru : Əsəd Əsədov
Geyim rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : V. Arapov
Dekor rəssamı : Fikrət Ələkbərov
Rejissor assistenti : Yusif Əlizadə, Aydın Mahmudbəyov, Tamilla Muxtarova
Operator assistenti : A. Əliyev
Montaj edən : Nelli Mahmudova
Fotoqraf-Rəssam : Y. Sazonov
İşıq Ustası : Adil Dadaşov
Redaktor : Əhmədağa Qurbanov
Məsləhətçi : Sabir Hüseynov(S. Hüseynov kimi) (daxili xidmət polkovniki)
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : D. Ştilman
Filmin direktoru : Semyon Qaragedov

Rollarda
Şahmar Ələkbərov- Gündüz
Adil İsgəndərov- Dadaşlı
Yusif Vəliyev- Fəttah
Hamlet Xanızadə- İmaş
Amaliya Pənahova- Ziba
Akif Məhərrəmov- Fazil
Rasim Balayev- Cəbi
Həsən Məmmədov- Qəmərli
Rafiq Əzimov- Hüseynov
Ələsgər İbrahimov-Cabbarov
Ənvər Həsənov-Oqtay
Dinarə Yusifova-Safura
Nicat Bəkirzadə-Kazımov
Firəngiz Abbasova-Cəbinin anası
Sadıq Hüseynov-Əli kişi
Muxtar Avşarov-Quldur
Gümrah Rəhimov-Milis nəfəri
Sədaqət Zülfüqarova-Şəhər sakini
Valeri Kərimov
K. Məmmədov
Tatyana Xaymoviç
Nəbi Qədirov
R. Zeynalov
Kazım Abdullayev-Quldur
Yusif Əlizadə-Sürücü (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Səməndər Rzayev-Dadaşlı (Adil İsgəndərov) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Hüseynov (Rafiq Əzimov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Safura (Dinarə Yusifova) (titrlərdə yoxdur)
Ağaxan Salmanov-Kazımov (Nicat Bəkirzadə) (titrlərdə yoxdur)
Elxan Ağahüseynoğlu-Qurd Cəbrayıl (Yusif Vəliyev) (titrlərdə yoxdur)
Mirvari Novruzova-Cəbinin anası (Firəngiz Abbasova) (titrlərdə yoxdur)

Seçilmiş sitatlar

İmaş: Alə, bura sənin üçün Bakının "Torqovı" küçəsi deyil ki, mənim bacımı biabır edəsən.


İmaş: Məsəl var, naçalnik. Deyərlər, adamın adı çıxınca canı çıxsa yaxşıdır. Oğru İmaşa iş verən kimdir, onunla işləmək istəyən kimdir?! İçim özümü yandırır, çölüm özgəsini..


Fazil Qəmərli: Məni qorxutma! Mən səninçün uşaq-zad deyiləm!
İmaş: Uşaqsan, böyüksən, özün bilərsən!


Tarix: 09.02.2013 / 14:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 537 Bölmə: Filimler
loading...