Bitlcus (ing. Beetlejuice) — amerikalı rejissor Tim Börton tərəfindən komediyalı qorxulu film janrında çəkilən ABŞ filmidir. Maykl Makdauel filmin ssenarisini öz hekayəsinin mötivləri əsasında yazmışdır. Filmdə əsas rollarda Alek Bolduin, Cina Devis, Maykl Kiton, Vaynona Rayder, Ceffri Cons və Ketrin O'Hara çəkilmişlər. "Bitlcus" Tim Börtonun ən yaxşı filmi olmasa da, onun kinosunun xarakteristika təməl xüsusiyyətlərini saxlayan bir prototip film olaraq xatırlanmaqdadır. Filmin adı qırmızı nəhəng ulduz olan Ovçu ulduzu (Orion) "Bitlcus"dan gəlməkdədir.[2]
Filmin hekayəsində bir dünya ilə digər dünyanın münasibəti göstərilir. Bir yol qəzası keçirən gənc evli cütlüyün evlərinə döndüklərində əslində ölmüş olduqlarını və "digər dünyaya" qəbul edilənə qədər öz evlərində bir qarabasma olaraq qalmaları lazım olduğunu anlamaları uzun sürməz. Amma evlərini əmlakçıdan satın alan modabaz şəhərli ailə evə yerləşincə dinclikləri qaçır və yeni işğalçıları rədd etmək üçün "Bitlcus" adlı dəli bir ingilis lordu bir xortdandan kömək istəmək məcburiyyətində qalırlar. Amma xortanı bu dünyaya çağırarkən yeni problemlərlə qarşılaşırlar. Bu səbbədən onlar Bitlcusu gəldiyi yerə göndərdikdən sonra evlərinə köçmüş yeni ailə ilə barışmalı olurlar.
Bu fantastik komediya filminin xüsusi efektleri çevrildiyi il üçün fövqəladə idi, məhz filmn götürdüyü mükafatlar bu sahədə oldu. "Bitlcus" filminə 1989-cu ildə "Ən Yaxşı Makiyaj"a görə mükafat verildi.[3] Yenə makiyaj və xüsusi efektlərə görə bir neçə dəfə BAFTA mükafatına namizəd göstərildi. Film bəyənilib müvəffəqiyyətli olan zaman 1989-cu ildə eyni adla bir animasiya TV serialı çəkilməyə başlandı. Kanada istehsalı bu serial 30 dəqiqəlik 94 hissə ilə çəkilişini sürdü və 1989-1991-ci illəri arasında 4 mövsüm göstərildi. Film və TV serialının məşhurluğu 1991-ci ildə eyni adlı video oyununun hazırlanmasını təmin etdi.[4]Mündəricat
1 Məzmun
2 Filmin üzərində işləyənlər
2.1 Rollarda
2.2 Film heyətləri
3 Filmin hazırlanması
4 Ssenariyanın inkişafı
5 Filmin ssenariyası
6 Saundtrek
7 İstehsal
8 Filmin davamı
9 Ölkələrdə çıxış tarixi
10 Digər dillərdə
11 Mükafatlar və nominasiyalar
12 Cizgi filmi
13 Video oyunlar
14 İstinadlar
15 Xarici keçidlər
Məzmun
Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.
ABŞ-ın Konnektikut ştatında şirin bir Yeni İngiltərə şəhərində Meytlend adlı qədim evdə yaşayan yeni evli gənc cütlük Barbara (Cina Devis) və Adam Meytlend (Alek Bolduin) mağazadan geri dönən zaman önlərinə birdən çıxan iti əzməmək üçün sükanı qırınca körpüdən avtomobilləriylə birlikdə çaya düşürlər. Avtomobil çaya düşməmişdən əvvəl taxta üzərində qalır. Lakin itin taxta üzərindən enməsi ilə avtomobil çaya düşür. Yaş paltarlarıyla evlərinə döndüklərində, əslində ölmüş olduqlarını və bir qarabasma halına gəldiklərini anlamaları çox uzun sürmür. Yaşayan insanlar özlərini görə bilməzlər. Hələ uşaqları olmamış bu cütlük oturduqları tipik Nyu İnqlend evini çox sevirlər və qəzadan əvvəl əmlakçılarının gətirdiyi bütün təklifləri rədd etmişlər. Evdə tapdıqları Yeni ölənlər üçün stolüstü kitab adlı kitab rəhbərindən başqa dünyaya qəbul edilənə qədər 125 il öz evlərində bir qarabasma olaraq qalmaları lazım olduğunu öyrənirlər, çünki digər tərəfdə də bürokratiya vardır və çox yavaş işləyir.
Az qala bu vəziyyətlərini qəzəblənən cütlüyün evlərini əmlakçıdan satın alan Nyu-Yorklu modabaz Ditz ailəsi onların evlərinə yerləşirlər. Bu yeni ev sahibləri Çarlz Ditz (Ceffri Cons), Deliya Ditz (Ketrin O'Hara) və qızları Lidiya Ditz (Vaynona Rayder), iç memar və dekorator olan dostları Ottonun (Qlenn Şadiks) köməyiylə evi yeniləşdirmək etməyə başlayırlar. Antikvar evin ruhuna heç uyğun gəlməyən bu əcaib müasir dekorasiya evin köhnə sahiblərini çox üzür. Yeni ev sahiblərinin qızı Lidia bu iki qarabasmanı görə bilən tək insandır və onlara kömək etməyə qərar verir. Stolüstü kitabın rəhbərliyində özlərindən məsul o biri dünya vəzifəlisi Cunoya (Silviya Sidni) müraciəti tərəfindən yeni ev sahiblərini qorxudaraq qaçırmaq üçün yalnız öz imkanlarını istifadə etmələrini lazım olduğunu öyrənirlər. Ancaq çox qarışıq olan Nyu-Yorklu bu ailə klassik qarabasmalardan qorxmalarına baxmayaraq evi ticarət bir üstünlüyə çevirib böyük şəhərlilərə satışa çıxarmağı cəhd edir. Barbara və Adam digər dünyanın çox da xoşlanılmayan bir xortdanı olan ingilis lordu Bitlcusu (Maykl Kiton) istəməyə-istəməyə dəvət edirlər. Çarlz buradakı kabuslardan ilhamlanaraq iş başçısı Maksa şəhəri turist yerinə çevirməyi təklif edir. Amma Maks ondan dəlil istəyir. Otto seans düzəldir və Adam ilə Barbaranı çağırır. Lakin kabuslar çağırılan zaman onlar yayılmağa başlayırlar. "Bitlcus" üzərinə düşən vəzifəni yetirməyə başlayır. Ancaq "Bitlcus" da əsl vəzifəsni olan qorxutma işini ikinci plana itələyib Lidiya ilə evlənməyə cəhd edincə, ailə onunla məşğul olmaq məcburiyyətində qalarlar. "Bitlcus" Lidiya ilə evlənməyə hazırlaşan zaman Meytlend ailəsi buna mane olur. Barbara "Qum qurdunu" "Bitlcus"un üzərinə yeridir. Bitlcus gəldiyi yerə göndərilib hər şey yaxşılığa bağlanınca iki ailə uyğunlaşma içərisində eyni evi paylaşmağa başlayırlar.
Filmin üzərində işləyənlər
RollardaAdRolQeydlər
Alek BolduinAdam MeytlendFilmin baş qəhrəmanı
Cina DevisBarbara MeytlendFilmin baş qəhrəmanı
Maykl KitonBitlcusXortdan
Cefri ConsÇarlz DitzDitz ailəsinin başçısı
Ketrin O'HaraDeliya DitzÇarlzın həyat yoldaşı, Deliyanın analığı
Vaynona RayderLidiya DitzDitz ailəsinin nümayəndəsi
Silviya SidniCunoAxirət dünyasının nümayəndəsi
Robert QuleMaksi Din
Qlen ŞediksOttoDeliyanın dostu, Bitlcusun sevdiyi qız
Dik KevettBernard
Enni MakinroyCeyn Batterfild
Çarlz ŞnayderyoxdurAsılmış adam
Tarix: 19.02.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Filimler