Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə gözəldir bu dünya... (film, 1999)

Məzmun
Filmdə göstərilir ki, ölkə bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim (Yaşar Nuri) xəstələri evlərinə buraxır. Lakin ətraf bu xəstələrdən betər xəstədir. Xəstələr vəziyyəti belə görüb xəstəxanaya qayıtmağa məcbur olurlar.
Bugünkü həyatımızın problemlərindən bəhs edən bu film ruhi xəstələrin həyatından danışsa da, əslində burada cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır.

Film haqqında
Film aktyor Həsənağa Turabovun kinoda son işidir.
Filmin ssenarisi rejissorun ideyası əsasında yaranıb.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Eldar Quliyev
Ssenari müəllifi : Eldar Quliyev, Natiq Rəsulzadə
Quruluşçu operator : Yuri Varnovski
Quruluşçu rəssam : Mayis Ağabəyov, Rafiq Nəsirov
Bəstəkar : Müslüm Maqomayev
Səs operatoru : Teymur Abdullayev
Rejissor : Akif Rüstəmov
Montaj edən : Tamara Nərimanbəyova
Məsləhətçi : Ağabəy Sultanov (tibb elmləri doktoru)
İcraçı prodüser : Vladimir Dudniçenko
Operator : Eldar Ağayev
Geyim rəssamı : Şahin Həsənov
Qrim rəssamı : Hikmət Qurbanov
Rejissor assistenti : Çingiz Həsənov, Cəbrayıl Rzayev
Montaj üzrə assistent : Lyudmila Lotina
İnzibatçı : Əbdülnəsir Kutiyev, Ədalət Yunusov, Rüfət Əsədov(R. Əsədov kimi)
İşıq ustası : Rüstəm Rüstəmov, Əliağa İbrahimov
Səs texniki : O. Süleymanov
Geyimçi : Elmira Balaməmmədova

Rollarda
Yaşar Nuri-Asim Əliyeviç
Həsənağa Turabov-Müstəntiq
Rasim Balayev-Mirzəyev
Ayan Mirqasımova-Səbinə
Elşən Rüstəmov-Emin
Muxtar Maniyev-Kazım
Rafiq Əzimov-Arif
Rafiq Əliyev (II)-Ramiz
Nahidə Orucova-Asim Əliyeviçin arvadı
İradə Ağasıbəyli-Kazımın qızı
Məbud Məhərrəmov-Kazımın kürəkəni
Cəmil Quliyev-Həkim
Zərnigar Ağakişiyeva-Həkim
Nadir Ağayev-Sürücü
Nadir Əbdülrəhimbəyov-Xəstə
Arif Kərimov-Sanitar
Xalidə Şərifova-Həkim
Sona Əliyeva-Katibə
Səfa Mirzəhəsənov
Ömür Nağıyev-Səbinənin qardaşı
Maqsud Məmmədov
Sidiqqə Heydərova
Rafiq Qasımov
Vahid Əliyev-Xəstə
Salman Bayramov-Xəstə
Emil Tahirov
A. Əfqanlı
A. Əliyev
R. Əliyev
A. Quliyev
Rahib Əliyev
E. İbrahimov
A. Sadıqov
A. Rəhimov
Y. Həşimov
Ağaxan Şərifov
Mehman Cəfərov
R. Əzimov
Aslan Şirinov
Rövşən Kərimduxt-Səbinənin qardaşı
İsmayıl Zeynalov-Uşaq
Elvin Abdullayev-Uşaq
Rüstəm Bağırov-Uşaq
Rəhimə Bağırova-Uşaq
Elxan Quliyev-Məhəllə sakini
Kübra Dadaşova-Məhəllə sakini

Filmi səsləndirən
Eldəniz Rəsulov (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 375 Bölmə: Filimler
loading...