Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limanda (film, 1954)

Limanda — 1954-cü ildə ABŞ-da çəkilən film.Mündəricat
1 Məzmunu
2 Film haqqında
3 Rollarda
4 Xarici keçidlər


Məzmunu

Köhnə boksçu Terri Melloy (Marlon Brando) qardaşı Çarlinin istəyi ilə Conni Frendli adlı adamın yanında işə düzəlir. Conni mafiya adamıdır və qanunsuz işlərlə məşğul olur. Conni onlara xəyanət etmiş insanları aradan götürür. Bir gün Conninin adamları Terrinin qonşuluğunda yaşayan bir şəxsi qətlə yetirirlər. Terri bu qətlin şahidi olur. Lakin heç kim qətlin kim tərəfindən həyata keçirildiyini deməyə cürət etmir. Keşiş Berri və qətlə yetirilən şəxsin bacısı Edi qatili axtarmağa baçlayırlar. Edinin görən Terridə ona qarşı sevgi yaranır. Terri Conni Frendliyə qarşı çıxır.

Film haqqında

1954-cü ildə Elia Kazan tərəfindən çəkilmiş və hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən hesab olunan film... Rollarda Marlon Brando, Karl Malden, Eva Meri Seynt və b. çəkiliblər. Film 12 Oskar nominasiyasından “Ən Yaxşı Film” və “Ən yaxşı Rejissor” da daxil olmaqla 8-ni qazandı. Marlon Brando “Ən Yaxşı Aktyor” kimi ilk Oskarını aldı. Maraqlı məqamlardan biri filmin “2-ci planda Ən Yaxşı Aktyor” kateqoriyasında 3 nominasiya almasıdır. Amerika Film İnstitutunun (AFİ) tərtib etdiyi “Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi” siyahısında bu film 8-ci pillədə yer alıb.

Film Hollivudun Qızıl dövrünün bütün əlamətlərini özündə əks etdirir. Yüksək rejissor işi, aktyor oyunu ilə seçilən film həqiqi film gözəlliyindən zövq almaq istəyənlər üçün gözəl seçimdir.

Rollarda
Marlon Brando
Karl Malden
Eva Meri Seynt


Tarix: 19.02.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Filimler
loading...