Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Araqarışdıran (film, 1987)

Məzmun
Filmin qəhrəmanı Rauf Bayramov(Nizami Musayev) müəllifin yaxından tanıdığı bir nəfərin prototipidir. Bu adam kimdir? O, bizim müasirimizdir. Bəlkə də adi və gündəlik həyatımızda çox az-az qarşılaşdığımız adamlardandır. Böyük fantaziyaya malik olan bu gənc işıqlı amallarla yaşayır. Onun qeyri-adiliyi bundan ibarətdir ki, həyat tərzi bizim öyrəndiyimiz həyat standartları çərçivəsinə sığmır.
Filmdəki hadisələr əsasən orta məktəblərdən birində cərəyan edir. Qəhrəmanın açıq danışması, qeyri-adi hərəkətləri onu hamıya sevdirir. Tamaşaçı belə qənaətə gəlir ki, hər bir kollektivin belə adamlara ehtiyacı var.
Filmdə eyni zamanda məktəblilərlə müəllimlərin mürəkkəb qarşılıqlı münasibətlərindən, yeniyetmələrin yetkinləşən xarakterindən söhbət açılır.

Film haqqında
Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Yefim Abramov
Quruluşçu rejissor : Yefim Abramov
Quruluşçu operator : Rafiq Əliyev (III)
Quruluşçu rəssam : Elbəy Rzaquliyev, Rafiq Nəsirov
Bəstəkar : Cavanşir Quliyev
Səs operatoru : Əsəd Əsədov
Rejissor : A. Əliyev
Quraşdırılmış səhnələrin operatoru : Vaqif Bağırov
Montaj edən : Nelli Dadaşova
Qrim rəssamı : Çingiz Paşayev
Geyim rəssamı : Tatyana Əmirova
Rejissor assistenti : Fərid Hümbətov
Operator assistenti : X. Hüseynov, Mixail Xarçenko
Montaj üzrə assistent : Sevda Abbasova(S. Abbasova)
İşıq Ustası : İ. Kramarenko
Çalır : Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada Orkestri
Redaktor : Çingiz Qaryağdı
Mahnıların Mətni : Vladimir Portnov, Ramiz Rövşən
Mahnı İfa edən : Nizami Musayev
Filmin direktoru : Məmməd Qurbanov

Rollarda
Nizami Musayev-Rauf Bayramov
Ayan Mirqasımova-Rəna
Leyla Dziqraşvili-İsmayılova
Hamlet Xanızadə-Murtuzov
Əliqulu Səmədov-Mirzəyev
Emin Mirabdullayev-Dəmirov
Kəmalə Hüseynova(Kəmalə Abdullayeva kimi)-Novruzova
Alim Aslanov-Valeh
Kamran Şahmərdanov-Nuriyev
Qəmbər Yusifov-Xanlarov
Samir Qasımov-Şıxlarov
Nəcibə Behbudova-Sona xala
Rafiq Əliyev (II)-Vahid müəllim

Epizodlarda
Dadaş Kazımov-Əşrəf
Nurəddin Mehdixanlı(Nurəddin Quliyev kimi)-Raufun vuruşduğu şəxs
Təvəkkül İsmayılov-Sürücü
Nailə Zeynalova
Nuriyyə Əhmədova-Nərgiz
S. Əliyev
Nəcibə Hüseynova-Ana
Vahid Əliyev-Tofiq müəllim
E. Zeynalov
Loğman Kərimov-Ramiz müəllim
L. Nəsirova
L. Məmmədova
Ramiz Məlikov-Revizor
Ş. Balakişiyev
T. Məmmədov
İ. Nəsirova
İdris Rüstəmov-İt tutan
F. Əyyubova
Ş. Bağırova
C. Qurbanova
Elbrus Vahidov-Rauf
N. Sultanov

Filmi səsləndirənlər
Sadıq Hüseynov-Əşrəf (Dadaş Kazımov) (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Müəllim (titrlərdə yoxdur)


Tarix: 09.02.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 455 Bölmə: Filimler
loading...